SON XƏBƏRLƏR

Suriyada daha 1 “Sepah” leytenantı həlak olub

2021.10.20, 07:36
Suriyada daha 1 “Sepah” leytenantı həlak olub

Gunaz.tv

GünAzTV: “Sepah”ın daha 1 muzdlu leytenantı Suriyada gedən döyüşlərdə həlak olub. Bu barədə İranın “Sepah”a yaxın mənbələri məlumat yayıb.

 

Cənubi Xorasan əyalətinin “Ənsar ul-Rza” adlı “Sepah”ının ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı xəbərə əsasən, “Sepah” leytenantı (sotvanı) Murtuza Bəsiri Pur, aprelin 9-da Suriyada gedən döyüşlərin birində həlak olub.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilmiş “Sepah” muzdlusunun bu ölkənin  konkret hansı bölgəsində həlak olduğu açıqlanmayıb. İranın hökumət saytları isə həmin şəxsi “Zeynəb hərəminin müdafiəçisi” adlandırır.

 

Xatırladaq ki, aprelin 9-da Suriyada daha 4 İran hərbçisi (Seyid Əmmar Musəvi, Əkbər Zəvvar Cənnəti, Mehdi Lütfi Niyasər və “Sepah” polkovniki Mehdi Dehqani Yəzdli) Suriyada həlak olub. Onlar, İsrailin Suriyanın Homs əyalətindəki “T-4” hərbi hava bazasına raket hücumunda öldürülüb.

 

Qeyd edək ki, İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar