SON XƏBƏRLƏR

Suriyada daha 30 nəfər etirazçı öldürülüb

2021.10.20, 07:36
Suriyada daha 30 nəfər etirazçı öldürülüb

Gunaz.tv

GünAz TV: Həlak olanların əksəriyyəti Suriyanın cənub yaşayış məntəqələri olan Ayn-ət-Tamra və əl-Qusurdandır.

Bazar ertəsi səhər Suriyanın Latakiya limanında Suriya təhlükəsizlik qüvvələrinin “sabitliyin bərpa edilməsi” məqsədilə həyata keçirdikləri əməliyyatda ən az 4 nəfər həlak olub. bu barədə Gün.Az RİA Novosti-yə istinadən xəbər yayıb.

Ümumilikdə, Suriya hüquq müdafiəsi təşkilatlarının verdiyi məlumata əsasən, dünən axşamdan şəhərdə 30-dan artıq dinc sakin qətlə yetirilib, ölənlərdən bir neçəsi uşaqdır.

Həlak olanların əksəriyyəti Suriyanın cənub yaşayış məntəqələri olan Ayn-ət-Tamra və əl-Qusurdandır. Hakim rejimə qarşı keçirilən etiraz aksiyalarında (yürüşlərində) iştirak edənlərlə hökumət qoşunları arasında baş verən genişmiqyaslı iğtişaşlar bu məntəqələri bürüyüb. Şahidlərin dediyinə görə, Suriya ordusunun bəzi bölmələri nümayişçilərin tərəfinə keçib.

Onlar şəhər əhalisinin müdafiəsinə keçərək, təhlükəsizlik qüvvələri ilə küçə döyüşlərinə çıxmaqdan belə çəkinməyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar