SON XƏBƏRLƏR

Suriyada həlak olmuş “Sepah”ın pakistanlı muzdlusunun cənazəsi ölkəyə gətirilib

2021.10.20, 07:36
Suriyada həlak olmuş “Sepah”ın pakistanlı muzdlusunun cənazəsi ölkəyə gətirilib

Gunaz.tv

GünAzTV: “Sepah”ın Suriya savaşında həlak olmuş daha 1 pakistanlı muzdlusunun cənazəsi ölkəyə gətirilib.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilmiş “Sepah”ın Pakistan vətəndaşlarından ibarət “Zeynəbiyyun” briqadasının muzdlusu Rahat Əli, son vaxtlar İsrailin Suriyada İran hərbi mövqelərinə qarşı keçirdiyi hava hücumlarında öldürülüb.

 

“Sepah” muzdlusunun cənazəsi, iyunun 11-də ölkəyə gətirilərək İranın Qum şəhərində torpağa tapşırılıb.

 

Xatırladaq ki, son iki yarımda İsrailin Suriyada İranın hərbi bazalarına qarşı həyata keçirdiyi raket hücumlarında 80-dən “Sepah”çı həlak olub, bir neçəsi ağır yaralanıb.

 

İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar