SON XƏBƏRLƏR

Suriyada kütləvi qırğınlar davam edir: Daha 80 ölü

2021.10.20, 07:36
Suriyada kütləvi qırğınlar davam edir: Daha 80 ölü

Gunaz.tv

GünAz TV: Suriya ordusu dünən avqustun 7-də imsaq vaxtı 9 gündür, mühasirədə saxladığı Deyr əl-Zor şəhərinə 250 tankla hücum edib.

 

GünAz TV mətbuat mərkəzinin Lent.az-a istinadən yaydığı məlumata görə,  Şəhərdə 50 nəfərin öldürüldüyü bildirilir. Dünən ölkədəki öldürülən şəxslərin ümumi sayı isə 80-i keçib.

 

Prezident Bəşər Əsəd qətliamları müdafiə edərək, bunu “qanunsuzluq törədənlərə qarşı mübarizə” adlandırıb.

 

Qeyd edək ki, dünən Əsədlə BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) baş katibi Pan Gi Mun arasında telefon söhbəti olub. BMT baş katibi Suriya prezidentinə dünya birliyinin narahatlığını çatdırıb.

 

Onu da bildirək ki, Suriya hakimiyyəti bu ilin sonuna qədər ölkədə azad və şəffaf parlament seçkisi keçiriləcəyi vədini edib.

 

Xatırladaq ki, Suriyada qanlı hadisələrin başladığı mart ayından bəri 2 min adamın öldürüldüyü, minlərlə şəxsin isə həbs edildiyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar