SON XƏBƏRLƏR

Suriyadan İranı dilə tutmağa xahiş ediblər

2021.10.20, 07:36
Suriyadan İranı dilə tutmağa xahiş ediblər

Gunaz.tv
Suriyadan İranı dilə tutmağa xahiş ediblər İranın xarici işlər naziri Mənuçöhr Müttəki prezident Bəşər əl-Əsədlə danışıqlar aparmaq üçün bu gün Suriyanın paytaxtı Dəməşqə yola düşür. Bu səfərdən bir qədər əvvəl Fransa prezidenti Nikolya Sarkozi (Nicholas Sarkozi) prezident Əsəddən nüvə proqramı ilə bağlı İranı beynəlxalq təşkilatlarla əməkdaşlığa sövq etməyə xahiş etmişdi. İran naziri cənab Müttəkinin Suriyada aparacaq danışıqların mərkəzində Yaxın Şərqdə son durum və ələlxüsus İsrail-Fələstin danışıqları məsələsi olacaq. Suriya İranla münasibətlərini mühüm və strateji müttəfiqlik kimi səciyyələndirir. Livanın baş naziri Rəfiq Həririnin qətlindən sonra Suriyanın beynəlxalq aləmdən təcrid edilməsi zamanı İran onunla dostluq əlaqələrini davam edən yeganə ölkə olmuşdu. Bu gün isə vəziyyət dəyişib. Suriya beynəlxalq səhnəyə qayıdışın ilk addımlarını atır. Fransa rəsmi Dəməşqə qapılarını açıb. Və hətta daha irəli gedərək, İranın nüvə proqramı ətrafında yaranmış böhranın çözülməsində Suriyadan kömək istəyib. Lakin Suriya təkid edir ki, İranın nüvə silahını əldə etmək niyyəti yoxdur. Parisdə səfərdə olarkən prezident Bəşər əl-Əsəd demişdi ki, İranın nüvə proqramı ilə yaranmış böhranı siyasi yolla həll etmək lazımdır və Yaxın Şərq ümumiyyətlə istənilən növ kütləvi qırğın silahlarından azad olmalıdır.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar