SON XƏBƏRLƏR

Suriyadan Türkiyəyə raket atılıb

2021.10.20, 07:36
Suriyadan Türkiyəyə raket atılıb

Gunaz.tv

GünAz TV: Bu gün Afrindən Türkiyənin Hatay şəhərinin Reyhanlı qəsəbəsinə 2 raket atılıb.

 

Türkiyə mətbuatında yayılan məlumata görə, raketlərdən biri evə düşüb. Nəticədə 1 nəfər yaralanıb.

 

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları və polislər cəlb edilib. Yaralı xəstəxanaya çatdırılıb.

 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar