SON XƏBƏRLƏR

Suriyalı Muxaliflər: Bəşar Əsəd, bu vetodan sonra müxalifləri daha da rahat öldürəcək

2021.10.20, 07:36
Suriyalı Muxaliflər: Bəşar Əsəd, bu vetodan sonra müxalifləri daha da rahat öldürəcək

Gunaz.tv

Suriyalı Muxaliflər: Bəşar Əsəd, bu vetodan sonra müxalifləri daha da rahat öldürəcək

Günaz TV: Birləşmiş Millətlər Təhlükəsizlik Şurasında səs verilən Suriya mövzusundakı qərarın Rusiya və Çin tərəfindən veto edilməsi, beynəlxalq ictimaiyyətin yanında Suriyalı müxaliflərin də reaksiyasını çəkdi.

Suriya Milli Məclis Başçı Burhan Ğalyun, Rusiya və Çinin tutumuna reaksiya verərək, "Veto Əsəd rəhbərliyinə öldürmə mövzusunda yeni bir sənəd verir" dedi.

Suriyada rəhbərlik əleyhdarı göstərilər onuncu ayını arxada buraxarkən ölkədəki şiddət gedərək artır. Ölkə daxilində bu ana qədər 6 mindən çox insan həyatını itirərkən, son zamanlarda hücumlarda da artışlar görünür.

Mövlud gecəsi Suriya ordusunun Humusun Xalidiyə bölgəsinə reallaşdırdığı qanlı əməliyyatda aralarında qadın və uşaqların da olduğu 200-dən çox insan həyatını itirdi. Dünən BM Təhlükəsizlik Şurasında səs verilən Suriya mövzusundakı qərar qanunu isə, Rusiya və Çin tərəfindən veto edildi. Təhlükəsizlik Şurasının digər 13 üzvü isə qanunun qəbul edilməsi istiqamətində səs verdiklərinə baxmayaraq daimi üzv Rusiya və Çinin vetosu ilə cəhd nəticəsiz qaldı.

Rusiya və Çinin qərarı veto etməsi isə beynəlxalq sahədə olduğu kimi Suriyalı müxaliflərin də sərt reaksiya ilə üzləşdi.

Əl Ərəbiyə televiziyasına danışan Suriya Milli Məclis Başçısı Burhan Ğalyun Rusiya və Çinin tutumunu tənqid edərək veto qərarının yeni ölümlü hadisələrinə izn verdiyini söylədi. Bu qərar siyasi baxımdan böyük bir zərbə endirmişdir. Eyni şəkildə Rusiya və Ərəblər arasındakı əlaqələrə və BMT-də Ərəblərin Rusiyaya olan inancına da zərbə endirmişdir." dedi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar