SON XƏBƏRLƏR

Suriyaya yeni hücum

2021.10.20, 07:36
Suriyaya yeni hücum

Gunaz.tv

GünAz TV: Aprelin 17-nə keçən gecə Suriya yenidən zərbə səsləri ilə çalxalanıb.

 

Oxu.Az SANA agentliyinə istinadən xəbər verir ki, Suriyanın Humus əyalətində yerləşən  “Şayrat”  aviabazası və Dəməşqdən 50 km məsafədə yerləşən Dümeyr aviabazasına raket zərbələri endirilib.

 

Məlumata görə, Suriya hava mühafizə sistemləri atılan doqquz raketdən altısını zərərsizləşdirib. Digər üç raket isə Dümeyrə endirilən ərəfədə vurulub.

 

Ərəb mediasının yaydığın məlumata görə, zərbələr İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrdən endirilib. İsrail ordusunun mətbuat xidməti bu məlumatı təkzib edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar