“Şuşaya ermənilərin içindən keçib getdik, xəbərləri olmadı” - XTD üzvü +Video

2020-12-03 11:44

O, Şuşa şəhərinə ilk daxil olan Xüsusi Təyinatlı Qüvvələrin döyüşçülərindən biridir. Avtomatlarla küçə döyüşlərində döyüşən, “RPG-7”lərlə düşmən zirehli texnikalarını vuraraq partladan 100 nəfərlik dəstənin üzvü olub.

Gunaz.tv Quote | Gunaz article


“Qafqazinfo”nun əməkdaşları bu gün Vətən Müharibəsi qazisi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı MAXE-si Samir Baxşəliyevlə görüşərək Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərlə bağlı söhbətləşib.


S.Baxşəliyev deyir ki, sentyabrın 28-dən təlimlərə cəlb edilib və Hadrut uğrunda döyüşlərdə iştirak edib. Daha sonra Hadrutdan Füzuli şəhəri istiqamətində hücuma keçiblər, orada pusquya düşsələr də, döyüşərək düşmən əsgərlərini məhv edib və pusqudan çıxıblar.


Bundan sonra isə onlar Şuşa şəhərini işğaldan azad etmək üçün yola çıxıblar. Yolun bir qədər hissəsini maşınla getsələr də, bir yerdən sonra piyada davam etməli olublar. Çünki həm ərazinin relyefi, həm də onlar üçün komandanlığın müəyyən etdiyi marşrut avtomobillə hərəkət üçün uyğun deyildi. Samir və döyüş yoldaşları beş gün, beş gecə piyada yol gedərək Şuşaya istiqamətləniblər. 


Həmin vaxt Şuşaya qədər bütün ərazilər işğaldan azad edilmədiyi üçün onlar ermənilərin nəzarətində olan yerlərdən keçiblər. Lakin yüksək peşəkarlıqla hazırlanmış hərəkət zolağı və təcrübəli bələdçi sayəsində onlar yol boyu heç bir erməni hərbçisi ilə rastlaşmayıblar. Dağlar və meşələrlə gedərək Şuşanın ətrafına çıxıblar. 


Samir deyir ki, xüsusi təyinatlı zabit olan bələdçinin seçdiyi yerlərə heç ermənilər ömrü boyu ayaq basmayıblar. Şuşanı azad etmək üçün 400 xüsusi təyinatlı ayrılıb və döyüş tapşırığı ilə yola çıxıblar. Onlar 100 nəfərlik dəstələrə bölünərək Şuşaya 4 fərqli istiqamətdən hücuma keçiblər. Bir dəstə Laçın dəhlizindən Şuşaya girişdə dayanaraq ermənilərin əlavə canlı qüvvə və silah gətirməsinin qarşısını alıb. Digər dəstə Daşaltını aldıqdan sonra həmin istiqamətdə Şuşaya zərbələr endirib. Digər XTQ döyüşçüləri isə şəhərin arxa tərəfinə, sıldırım qayalar olan hissəyə gedərək qalaya dırmanıblar. Ermənilər həmin istiqamətdən hücum olacağını ağıllarını gətirmədikləri üçün sıldırım qayaların üzərinə ağır texnika yerləşdirilməyib.


Samir Baxşəliyev bildirir ki, Şuşaya daxil olduqdan sonra avtomatlarla 20 metrlik məsafədən erməni hərbçiləri ilə döyüşüblər. Lakin erməni silahlı qüvvələri 3 minlik canlı qüvvə ilə xeyli sayda zirehli texnika və dronları da döyüşə cəlb ediblər. Azərbaycanın cəsur XTQ mənsubları “RPG-7” silahları ilə düşmənin tank və BMP-lərini məhv edib. Lakin tankın atəşlərindən biri Samir Baxşəliyev və iki döyüşçü dostunun olduğu səngərə düşüb. Bu zaman Samir hər iki ayağından qəlpə yarası alıb, sol budundan qəlpə sümüyü sındıraraq digər tərəfdən çıxıb. Sağ ayağında isə diz oynağına girən qəlpə hələ də çıxarılmayıb. Həkimlər bildirib ki, qəlpəni çıxarmaq Samirin həmin qəlpə ilə gəzməsindən daha təhlükəlidir. 


Bu zərbə nəticəsində bir XTQ mənsubu şəhid olub, digəri isə əl barmaqlarını itirib. Daha sonra döyüş yoldaşları Samiri oradan çıxararaq Şuşa qalasının yaxınlığında yerləşən villaya aparıblar. Samir 3 gün orada qalaraq döyüşlərin səsini izləyib. Noyabrın 8-də Şuşa tam olaraq işğaldan azad edildikdən sonra noyabrın 9-da onlar təxliyyə edilərək müalicə olunublar. (Murad Əhməd. Video-Fotolar: Nuran Məmmədov).

 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Fevral ayından Türkiyə ilə Azərbaycan ordusu arasında ortaq hərbi təlim-məşqləri keçiriləcək – FOTOLAR

2021-01-17

gun az article

İranda koronavirusdan daha 86 nəfər ölüb, 6 016 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2021-01-17

gun az article

Xəbərdarlıq: Bakıda və Abşeron yarımadasında qar yağacaq, çovğun olacaq

2021-01-17

gun az article

Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması

2021-01-17

gun az article

"Spikerimiz Mirzoyan türklərin agentidir" – Minasyan

2021-01-17

gun az article

Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi

2021-01-17

gun az article

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub - YENİLƏNİB

2021-01-17

gun az article

ABŞ-da andiçmə günü ərəfəsində Vaşinqtona təqribən 9,5 min Milli Qvardiya hərbçisi gətirilib

2021-01-17

gun az article

Kəlbəcərin Hacıkənd kəndinin - GÖRÜNTÜLƏRİ - VİDEO

2021-01-16

gun az article

Amerika İranın Gəmiçilik Şirkəti ilə əməkdaşlıq edən 7 şirkətə və 2 şəxsə qarşı sanksiya qoyub

2021-01-16

gun az article

İranda koronavirusdan daha 96 nəfər vəfat edib, 6 100 yeni növ “Covid-19”infeksiyasına yoluxma faktı qeydə alınıb (Rəsmi statistika)

2021-01-16

gun az article

İran ABŞ-la gərginliyin artması fonunda balistik raket təlimləri keçirir

2021-01-16

gun az article

İranda 5,5 bal gücündə zəlzələ olub

2021-01-16

gun az article

Kafe-restoranlar açılır

2021-01-16

gun az article

SMS-icazə ləğv olunur

2021-01-16

gun az article

Gələn həftə Azərbaycanda vaksinasiyaya başlanılacaq

2021-01-16

gun az article

Ermənilərdən qənimət götürdüyümüz texnikalar burada göstəriləcək - Fotolar və VİDEO

2021-01-16

gun az article

"WhatsApp" qalmaqallı müqavilə yenilənməsini təxirə salıb

2021-01-16

gun az article

GünazTV Jan.15.2021 : “Amerikanın yeni Prezidenti Coe Bayden 1,9 triliyon dollarlıq yardım paketini açıqladı”

2021-01-15

gun az article

“Güllələnmiş heykəllər” Şuşaya qaytarıldı - Fotolar

2021-01-15