SON XƏBƏRLƏR

İsveçdə İranəsilli vətəndaşlar Rusiyaya casusluq etdikləri üçün mühakimə olunur

2022.11.27, 11:11
İsveçdə İranəsilli vətəndaşlar Rusiyaya casusluq etdikləri üçün mühakimə olunur

Gunaz.tv

42 yaşlı Peyman Kia və 35 yaşlı Peyam Kia haqqında çıxarılan ittihamnamənin mətninə əsasən, onlar 28 sentyabr 2011-ci ildən 20 sentyabr 2022-ci il tarixinə qədər Rusiya ordusunun kəşfiyyat idarəsinə məlumat ötürüblər.

Bu iki qardaş İranda doğulub, lakin uşaqlıqdan İsveçdə olublar və 2011-ci ilin martından keçən il həbs olunana qədər casusluq etməkdə ittiham olunurlar.

42 yaşlı Peyman Kia İsveç ordusunda və bu ölkənin təhlükəsizlik polisində iş təcrübəsi var və onun 35 yaşlı qardaşı Pəyam da bir müddət İsveç Təhlükəsizlik Təşkilatında çalışıb.

Məhkəmədə prokuror bu iki qardaşın casusluq işini İsveçdə son 20 ildə görünməmiş bir hadisə kimi qeyd edib. 

Peyman Kia 2021-ci ilin sentyabrında, qardaşı Pəyam Kia isə həmin ilin noyabrında həbs edilib. Onların müdafiəçiləri məhkəmədə bildiriblər ki, hər iki müttəhim casusluq ittihamlarını rədd edir.

İsveçin milli təhlükəsizlik xidmətinin cinayət departamentinin baş prokuroru bir müddət əvvəl bildirib ki, bu şəxslərin cinayətləri “çox mürəkkəb və çətin” istintaq nəticəsində üzə çıxıb.

Assoşeyted Press-in məhkəməyə təqdim olunan ittihamnamənin mətnindən verdiyi xəbərə görə, qardaşına kömək edən Pəyam Kia həbs olunduqdan sonra məmurlar onun qıraraq zibil qutusuna atdığı “hard disk”i aşkar ediblər.

İranəsilli qardaşların cinayət əməlləri sübuta yetirilərsə onları ömürlük həbs cəzasının gözlədiyi bildirilir.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar