SON XƏBƏRLƏR

İsveçin xarici işlər naziri İranın güneyli alimlə bağlı qərarını pisləyib

2022.05.05, 08:31
İsveçin xarici işlər naziri İranın güneyli alimlə bağlı qərarını pisləyib

Gunaz.tv

İranda həbsdə olan İsveç vətəndaşı güney azərbaycanlı alim Əhmədrza Cəlalinin tezliklə edam ediləcəyi xəbərindən sonra İsveçin xarici işlər naziri bu qərarı məhkum edərək onun dərhal azadlığa buraxılmasını istəyib.

“Bu gün Əhmədrza Cəlalinin edam ediləcəyi barədə narahatedici xəbər aldım”-deyə, xanım Linde özünün tvitter hesabında yazıb.

O, məsələ ilə bağlı İran səfirliyi ilə davamlı əlaqə saxladığını və işin nəzarətə götürüldüyünü söyləyib.

Qeyd edək ki, mayın 4-də İran mediası “İsrailə” casusluq ittihamı ilə edama məhkum olunan və hazırda Evin zindanında saxlanılan Əhmədrza Cəlalinin yaxın günlərdə edam ediləcəyini yazıb.

Güneyli alimin edamı barədə xəbər İranın keçmiş prokuror köməkçisi Həmid Nurinin İsveçdə mühakimə olunması və İsveç prokurorluğunun onun barəsində ömürlük həbs cəzası istəməsinə cavab kimi dəyərləndirilir. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar