İsveçin yeni Baş naziri terrorçuların Türkiyəyə ekstradisiyasına zəmanət verib

22.10.2022, 09:08

İsveçin yeni Baş naziri Ulf Kristersson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

Gunaz.tv Quote | Gunaz article

“Aftonbladet” nəşrinə istinadən xəbər verir ki, məktubda İsveçin NATO-ya üzv olmaq üçün atdığı addımlar, o cümlədən Stokholmun terrorda şübhəli bilinən şəxslərin ekstradisiyası ilə bağlı Ankaranın müraciətlərinə dərhal baxacağına zəmanət verəcəyi yer alıb.

Qeyd olunub ki, üçtərəfli sazişin bütün əsas elementləri üzrə konkret tədbirlər görülüb. Məktubda deyilir ki, İsveç terrorda şübhəli bilinən şəxslərin ekstradisiya tələblərini dərhal və hərtərəfli həll etməyi öhdəsinə götürür.

Baş nazir əlavə edib ki, İsveç təhlükəsizlik xidmətləri PKK terror qruplaşmasına qarşı fəaliyyətini gücləndirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin yeni Baş naziri Ulf Kristerssonun onunla terrorçuların ekstradisiyası məsələsi ilə bağlı görüş keçirmək istəyini bəyan edib:

“Mən bu ideyanı bəyəndim və ölkəmizdə görüşməyə hazıram. İsveçin yeni baş naziri terrorizmə və terrorçulara qarşı fəal mübarizənin tərəfdarıdır”, - Türkiyə lideri bildirib.

Xatırladaq ki, bu il iyunun 28-də NATO-nun Madriddə keçirilən Zirvə toplantısında Türkiyə, Finlandiya və İsveç arasında Üçtərəfli Memorandum imzalanıb. 

Memorandum çərçivəsində yaradılmış Daimi Birgə Mexanizmin ilk iclası avqustun 26-da Finlandiyanın Vantaa şəhərində keçirilib. Oktyabrın 5-6-da isə Ankarada Türkiyə Ədliyyə Nazirliyinin rəsmiləri İsveçdən olan həmkarları ilə görüşüblər. (report)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda bayram günlərində baş verən yol qəzalarında yüzlərlə insan ölüb

2023-03-31

gun az article

Ukrayna nüvə dövləti statusunu qaytarmaq istəyir- Petisiya hazırlandı

2023-03-31

gun az article

İran Daxili İşlər Nazirliyi hicabsızları hədələdi

2023-03-31

gun az article

Qubada soyqırımı qurbanlarının xatirəsi anılır

2023-03-31

gun az article

Blinken və Koen İranı müzakirə etdi

2023-03-31

gun az article

İranla sərhəddə əməliyyat: saxlanılanlar var

2023-03-31

gun az article

Ukrayna İran dronlarını məhv etdi

2023-03-31

gun az article

Rəştdə qadınlar mollanı bıçaqlayıb

2023-03-31

gun az article

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

2023-03-31

gun az article

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

2023-03-31

gun az article

Xankəndi-Laçın yolunda etirazçılar 110 gündür dünya ictimaiyyətinə çağırışlar edir

2023-03-31

gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30

gun az article

İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib

2023-03-30

gun az article

"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

2023-03-30