İsveçrə hökuməti bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinə bağlı “Şahid Hava Şirkəti” Hüccətullah Qureyşi və Səid Ağacani ilə birlikdə Silahlı Qüvvələrin Birləşmiş Qərargah rəisi general-mayor Məhəmmədhüseyn Baqiriyə sanksiya tətbiq edib.
İsveçrənin açıqlamasında Ukrayna müharibəsində Rusiyaya pilotsuz təyyarələrin göndərilməsi səbəbilə bu şirkət və 3 İran rəsmisinin səyahət və ticarət qadağası, mal varlıqlarına həbs qoyulması ilə bağlı qərar verildiyi və onların qara siyahıya salındığı bildirilir.
Cavidan