SON XƏBƏRLƏR

İsveçrə Azərbaycanda layihələrin icrasına vəsait ayıracaq

2021.12.13, 12:24
İsveçrə Azərbaycanda layihələrin icrasına vəsait ayıracaq

Gunaz.tv

Bunu İsveçrə Əməkdaşlıq Ofisinin (SECO) Cənubi Qafqaz üzrə Regional direktorunun müavini Alberto Hernandes mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, proqramın 80 milyon İsveçrə frankı həcmindəki büdcəsinin 50 milyon frankı regional layihələrə, 10 milyon frankı isə Azərbaycan iqtisadiyyatında ikitərəfli layihələrin icrasına yönəldiləcək.

A.Hernandes deyib ki, yeni əməkdaşlıq proqramı Azərbaycanın orta perspektivdəki ehtiyaclarını nəzərə alaraq dövlət təsisatlarının gücləndirilməsini, iqtisadi inkişafın sürərləndirilməsini, yeni iş yerlərinin yaradılmasını, habelə iqlim dəyişikliyinin fəsadlarına qarşı tədbirləri və ehtiyatların dayanıqlı idarəçiliyini nəzərdə tutur.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar