SON XƏBƏRLƏR

“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Ağdamda və Bərdədə tədbir keçirib

2022.05.16, 09:34
“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Ağdamda və Bərdədə tədbir keçirib

Gunaz.tv

“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin hüquqi problemlərinin çözülməsində maddi imkanlarının olmaması və hüquqi sahədə biliklərin az olmasını onların qanuni mənafelərinin müdafiə olunmasınında çətinliklərin nəzərə alaraq Bərdə və Ağdam rayonlarında tədbirlər təşkil edib.

Regionlarımızda keçirilmiş tədbirləri giriş sözü ilə açan “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Dadaş Quliyev regionlarda Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin hüquqi problemlərinin kifayət qədər olmasını, onların həlli yollarının aşkar edilməsini, bu sahədə maarifləndirmə tədbirinin kifayət etməməsini və buna görə də tədbir iştirakçılarının müraciətlərinin hazırlanaraq dövlət orqanlarına göndərilməsinin zəruriliyini qeyd edib. 

Layihəyə göstərilən maliyyə dəstəyinə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və təşkilati dəstəyə görə isə rayon rəhbərliyinə öz minnətdarlığını bildirib. 

“Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə sosial təminat hüququ sahəsində dəstəyin verilməsi” adlı layihəsinə hüquqşünas kimi cəlb olunmuş, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov hüquqi problemi olan şəxsləri dinləmiş, tədbir iştirakçılarının hüquqi problemlərinin həlli üçün həmin şəxslərin müraciətlərini və onların əlaqə vasitələrini qeyd edib. 

Ümumilikdə, 21 nəfər şəxsin müraciətləri qeydə alınıb, hazırda həmin müraciətlərin hazırlanması istiqamətində layihənin hüquqşünası tərəfindən müvafiq tədbirlər görülməkdədir. 

Sonda şəhid ailələri və vətən müharibəsi iştirakçıları layihəyə maliyyə və təşkilatı dəstək verən dövlət təşkilatlarına və layihənin işçi qrupuna öz minnətdarlıqlarını bildirib.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar