SON XƏBƏRLƏR

Vətən müharibəsinin qəhrəman həkimi

2021.10.28, 09:14
Vətən müharibəsinin qəhrəman həkimi

Gunaz.tv

Müharibə başlayan gündən sona qədər döyüş bölgəsindən çəkilməyən həkimlərimiz həm ön, həm də arxa cəbhədə cəsarət, misilsiz dəyanət və humanizm nümunələri yaratdılar. Yüzlərlə yaralı əsgərimizi həyata qaytaran həkimlər sırasında Azərbaycan Tibb Universitetinin (ATU) Ağız, üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, Könüllü Həkimlər Assosiasiyasının qurucusu Oqtay Mehdiyev də var.

O.Mehdiyev müharibənin ilk günündən cəbhə bölgəsində olub. Və orada ilkin tibbi yardım üçün həkim çatışmadığını görüb.

Bu səbəbdən də Könüllü Həkimlər Assosiasiyası (KHA) yaradaraq həmkarlarına çağırış edib, tibb işçilərinin cəbhəyə cəlb olunmasına yardım göstərib. Bu cəmiyyətə üzv olan həkimlər öz təşəbbüsləri ilə hətta dərman və tibbi avadanlıqlar üçün cəbhə bölgəsində 3 yerdə anbar yaradıblar. 

Qəhrəman həkimimiz bildirir ki, cəmiyyətin yaradılmasının əsas məqsədi döyüş bölgələrində yaralılara dərhal tibbi xidmət göstərilməsi işini koordinasiya etmək olub:

- Hərbi əməliyyatlar çox sürətlə gedirdi. 30 ilə yaxın dövrdə işğal altında saxlanılan torpaqları belə qısa müddətdə azad etmək asan deyildi. 

Həkimlər döyüş meydanında, düşmənin atəşi altında olsa belə, yaralılara yardım göstərirdilər. Bu da savaşın bir növü idi - yaralıların həyatı uğrunda aparılan mübarizə. Və bu cəbhədə də çətinliklərin olması labüd idi.

Lakin illər öncədən cəbhə bölgəsinə yaxın məsafələrdə müasir, tam şəraitli xəstəxanaların, hərbi hospitalların tikilməsi müharibə dövründə itgilərimizin az olmasına səbəb olmuşdur. Bu Prezident Ali Baş Kamandan İlham Əliyevin uzaqgörən siyasətinin daha bir göstəricisidir. (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar