SON XƏBƏRLƏR

Bütöv Azərbaycan sevdalısı Əbülfəz Elçibəyin anım günüdür

2022.06.24, 05:47
Bütöv Azərbaycan sevdalısı Əbülfəz Elçibəyin anım günüdür

Gunaz.tv

Ə.Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. 1962-ci ildə universiteti bitirərək, təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 

1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək, 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.

Ə.Elçibəy 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli azadlıq hərəkatının rəhbərlərindən, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olub. 

1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Ə.Elçibəy 1 il sonra Gəncə hadisələri ilə əlaqədar paytaxtı tərk edərək, Kələki kəndinə gedib. Daha sonra siyasi fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.

1997-ci ildə Bakəya qayıdan Əbülfəz Elçibəy Bütöv Azərbaycan Birliyini təsis edib və qurumun başqanı olub. O, ömrünün son günlərinə qədər Güney Azərbaycan türklərinin əzilən hüquqlarının müdafiəsi məsələsini diqqətdə saxlayıb.

Ə.Elçibəy 2000-ci il avqustun 22-də 62 yaşında Gülhanə Hərbi Tibbi Akademiyasında xərçəng xəstəliyindən vəfat edib.

O, Fəxri Xiyabanda dəfn olunub.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar