SON XƏBƏRLƏR

Tanınmış aktyor: “Heyran gədiyi” Azərbaycanındır – Video / Milli-mədəni fəal: Azərbaycanlı gənclər oyanıq və hazır vəziyyətdədir – Video

2021.10.20, 07:36
Tanınmış aktyor: “Heyran gədiyi” Azərbaycanındır – Video / Milli-mədəni fəal: Azərbaycanlı gənclər oyanıq və hazır vəziyyətdədir – Video

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, Novruz bayramı günlərində Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi” məntəqəsində çox sayda lövhə quraşdırılıb. Məntəqənin Gilana aid olduğunu göstərən lövhələr azərbaycanlıların kəskin etirazına səbəb olub, etirazçıların sıraları gün keçdikcə genişlənməkdədir.

 

Məlumata görə, tanınmış azərbaycanlı aktyor Babək Nəhreyn aprelin 13-də “Heyran gədiyi” məntəqəsinə gedərək Azərbaycana qarşı səsləndirilən ərazi iddialarını kəskin qınayıb.

 

““Heyran gədiyi” Azərbaycanın gözəl məntəqələrindən biridir. Bəziləri “Heyran”ın başqa yerə aid olduğunu deməyə çalışdılar, lakin bu məntəqə Azərbaycanındır”- deyə o vurğulayıb.

 

https://www.youtube.com/watch?time_continue=2&v=Lx_FZ3361-U

 

 

Ötən günlərdə tanınmış idman reportyoru Muctaba Sai və məşhur müğənni Əli Pormehr də oxşar mövqe sərgiləyərək “Heyran gədiyi” ilə bağlı əsassız iddiaları pisləmişdilər.

 

Kiyanuş Aslani adlı azərbaycanlı milli-mədəni fəal isə Xəzər dənizi sahilində çəkdirdiyi videoda Azərbaycan ərazisinə göz tikənlərə ciddi xəbərdarlıq edib.

 

Azərbaycanın parçalanması siyasətini kəskin qınayan milli-mədəni fəal bundan əvvəl Qorvə və Bicar kimi şəhərlərin Kürdistan Əyalətinə (bu əyalətin mərkəzi Sənəndəc şəhəridir), Ənzəli, Həştpər və Astara kimi şəhərlərin isə Gilan Əyalətinə ilhaq edildiyini xatırladıb.

 

Kiyanuş Aslani sözlərinin sonunda artıq azərbaycanlı gənclərin oyanıq və hazır vəziyyətdə olduğunu diqqətə çatdırıb. O vurğulayaraq ki, “Heyran gədiyi”ndə Azərbaycana qarşı atılacaq mümkün addımların heç biri  cavabsız qalmayacaq.

 

Videonu olduğu kimi təqdim edirik:

 

https://www.youtube.com/watch?v=2nWd143WKP4

 

Xatırladaq ki, son günlərdə Ərdəbilin “Heyran gədiyi” ərazisini Gilan Əyalətinə birləşdirməklə bağlı Gilan rəhbərliyinin irəli sürdüyü əsassız iddialar azərbaycanlıların geniş etirazına səbəb olub. Bir çox soydaşımız, o cümlədən Astara əhalisi isə vaxtı ilə Ərdəbil bölgəsi və Şərqi Azərbaycan Əyalətində yerləşən Astara məntəqəsinin yenidən Ərdəbilə birləşdirilməsini tələb edir. Təəssüflər olsun ki, etirazçılar arasında Tehran rejiminin tapşırığı ilə hərəkət edən yerli məsullar, o cümlədən millət vəkilləri yer almır. Bu günə qədər yalnız Urmiyənin millət vəkili Nadir Qazipur “Heyran gədiyi” ətrafında baş verən hadisələrə konkret mövqe bildirərək Gilan rəhbərliyinin ərazi iddiasını açıq şəkildə pisləyib.

 

N.S  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar