SON XƏBƏRLƏR

Tanınmış azərbaycanlı fəallar xəstəxanada müalicə alan Həsən Dəmirçinin görüşünə gediblər – GÖRÜNTÜ

2021.10.20, 07:36
Tanınmış azərbaycanlı fəallar xəstəxanada müalicə alan Həsən Dəmirçinin görüşünə gediblər – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Təbrizdə bir qrup azərbaycanlı milli-mədəni fəal, musiqi ustadı və tanınmış fəal Həsən Dəmirçini görmək üçün onun  müalicə aldığı “Ali nəsəb” xəstəxanasına gediblər.

 

Güney Azərbaycanın Təbriz, Ərdəbil, Sulduz və Əhər şəhərlərindən gələn fəallar iyunun 11-də xəstəxanada olublar.

 

Görüşə gələn milli-mədəni fəallar arasında Abbas Lisani, Davud İntisar, Murtaza Muradpur və s. kimi fəallar da olub.

 

Fəalların ustad Həsən Dəmirçinin müalicə aldığı xəstəxanaya dəfələrlə getməsi bir çox cəhətdən əhəmiyyət kəsb edir.

 

Ürək infarktı keçirən tanınmış fəal may ayının əvvəllərində “Ali Nəsəb” xəstəxanasına yerləşdirilib, o ürəyindən cərrahi əməliyyat olunub.

 

Təhlükəsizlik qüvvələri xəstəxanaya müraciət edənlərin heç birinə Həsən Dəmirçi ilə görüş icazəsi vermir. Bu günə qədər yalnız xəstənin ailəsi, o da müəyyən vaxt və şəraitdə onunla görüşə bilib.

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar