Tanınmış ekoloq su şirkətlərini ittiham etdi: “Əhalini qorxuda saxlayan, qiyməti qaldıran da onlardır”

2021-04-08 13:16

Azərbaycanın əsas içməli su mənbələrindən olan Kür çayında suyun səviyyəsi aşağı düşüb.

Gunaz.tv Quote | Gunaz article

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov mətbuata açıqlamasında bildirib ki, artıq vəziyyət “qırmızı həddə” yaxınlaşır. 

Kür niyə quruyur? - AÇIQLAMA
 “Alimlərimiz tərəfindən ötən əsrin 70-ci illərində tədqiqat aparılmışdı. Həmin araşdırmaya görə, XIX əsrin 80-ci illərindən başlayaraq XX əsrin 80-ci illərinə kimi dövr müxtəlif mərhələlərə ayrılıb. Biri quraqlıq, digəri rütubətli dövrü əhatə edən müddət 50-55 il davam edir. 

Həmin proqnoza görə, hazırda quraq dövrünü yaşayırıq. Belə nəticəyə gəlmək olur ki, Kürdən suyun bərpası haqqında məsələni iqlimlə bağlamamalıyıq, bu, birbaşa öz əlimizdədir. 

Yaxın 4-5 il ərzində Kürdən suyun artması təbii amillə nəzərə alınarsa, xeyli çətindir. Kür həyəcan təbili çalır, artıq qırmızı işıq yanır. Bu məqamda hamı əl-ələ verib bu məsələni həll etməlidir”- Mirnuh İsmayılov belə deyib.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Günaz.TV-yə açıqlamasında bildirib ki, Kürdə baş verən proseslər alimlərin dediyi kimi deyil: “Proses gedir, ancaq onların dediyi kimi yox. Mən gedib baxıram, müşahidə edirəm. 

İri məmurlar prezidentin sərəncamını qulaq ardına vururlar

Bu, qlobal problemdir. Hər yerdə su azalır. Əksər dövlətlər yeni içməli su mənbələri axtarışındadır. Yerin altında şirin su mənbələri var. Cəmiyyəti qorxutmaq lazım deyil. Xaricdən pul alıb insanlara hədə-qorxu gəlirlər”.

Ekoloq hesab edir ki, çayların quruması qlobal problemdir:  “Kürə tökülən xırda çaylar da var. Araz, Xaçın və digərləri. Kür, Araz Türkiyə ərazisindən başlanır, Gürcüstandan, Ermənistandan keçib gəlir. Onlar öz ərazilərini suvarmaq üçün Kürün istiqamətini dəyişirlər, çaydan su götürürlər”.

Telman Zeynalov bildirib ki, Azərbaycan ərazisində yetərli su mənbələri var, sadəcə onların tapıb üzə çıxarmaq lazımdır: “Mən qocalmışam artıq. 78 yaşım var. Ancaq alimlər işləsinlər, yei su mənbələri tapsınlar. Yeraltı şirin su mənbələri var. 

Onları tapıb üzə çıxarmaq lazımdır. Rayonlardan şikayət gəlir ki, torpağı suvarmaq üçün su tapmırıq. Prezident göstəriş verir, orada artezian quyuları vururlar. Necə olur, prezident problemi bilir, həllini yolunu göstərir,  alimlər bunu bilmirlər?”

Ekoloq su itkisinin qarşısını almaq üçün görüləcək işlərdən də danışıb: “Prezident torpaq kanallarda daşınan suyun itkisindən danışdı. Dibi beton su kanalları çəkilməlidir ki, su yolda itməsin. Torpaq kanallardan su sızıb gedir, buxarlanır. Amma beton kanalların üstü də bağlanır, buxarlanmanın qarşısı alınır. Suyu qorumaq lazımdır. Suyu qorudunsa məhsul bol olacaq, qiymətlər ucuzlaşacaq”.

Telman Zeynalov su qıtlığının yaranmasının əsas səbəbkarı kimi su satan şirkətləri göstərib: “Su qıtlığını yaradan, qiyməti artıran da suyu balonlara doldurub satan işbazlardır. Quruma prosesini də faciəvi şəkildə cəmiyyətə təqdim edən onlardır. Deyirlər ki, 2100-cü ildə Xəzərin səviyyəsi 10 metr aşağı düşəcək. Haradan bilirsən? Allahsan sən?”

Ayxan Turan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ döyüş gəmilərini Qara dənizə göndərməkdən imtina etdi

2021-04-15

gun az article

Rusiyada yanğın zamanı 4 uşaq həlak olub

2021-04-15

gun az article

Blinken: Bayden Putini yaxın həftələrdə görüşməyə dəvət edib

2021-04-15

gun az article

Ukrayna baş nazirinin müavini: "Tezliklə tamamilə yeni Ağdam olacaq"

2021-04-14

gun az article

Ərdoğan İtaliyanın baş nazirinə cavab verib: "İşlətdiyi ifadə tərbiyəsizlikdir"

2021-04-14

gun az article

Lukaşenkonun Azərbaycana səfəri başa çatıb

2021-04-14

gun az article

Azərbaycanda rəssam koronavirusdan ölüb

2021-04-14

gun az article

Qubadlı, Kəlbəcər, Ağdam və Füzuli hərbi prokurorluqları bina ilə təmin ediləcək

2021-04-14

gun az article

Rusiya XİN Baydenlə Putinin görüşünə hazırlıq görür

2021-04-14

gun az article

Paşinyan Ermənistanın müharibə itkilərini AÇIQLADI

2021-04-14

gun az article

Oleksi Reznikov: "Ukrayna Azərbaycanı dəstəkləyib və dəstəkləməkdə davam edəcək"

2021-04-14

gun az article

Azərbaycanda daha 2293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib

2021-04-14

gun az article

Baş epidemioloq: “Gürcüstanda koronavirusun üçüncü dalğası başlayıb”

2021-04-14

gun az article

Ruhani: “İranın uranı 60% səviyyədə zənginləşdirməyə başlaması düşmənin Nətənzdəki təxribatına cavabdır”

2021-04-14

gun az article

"Onların mövqeyi Ermənistandakı revanşist qüvvələrə stumul verir": Millət vəkilindən Minsk Qrupunun son bəyanatına REAKSİYA

2021-04-14

gun az article

İranda koronavirusdan daha 304 nəfər ölüb, yoluxma sayı 25 582-ə çatıb – RƏSMİ STATİSTİKA

2021-04-14

gun az article

Lukaşenko: “İşğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır işlər görülməlidir”

2021-04-14

gun az article

Ermənistanda koronavirusa yoluxanların sayı 204 mini ötüb

2021-04-14

gun az article

Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb

2021-04-14

gun az article

İran uranı 60% səviyyədə zənginləşdirməyə başladığını bəyan edib: “Bu Tehranın provakativ addımıdır”-Ağ Ev

2021-04-14