SON XƏBƏRLƏR

Tanınmış fəal Əkbər Azaddan Ərdəbil zindanında saxlanılan Abbas Lisaniyə dəstək

2021.10.20, 07:36
Tanınmış fəal Əkbər Azaddan Ərdəbil zindanında saxlanılan Abbas Lisaniyə dəstək

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal Əkbər Azad yanvarın 15-dən Ərdəbil zindanında saxlanılan Abbas Lisaninin qanuna uyğun olmayan şəkildə saxlanmasına etiraz edərək onun hüquqlarının təmin edilməsini tələb edib.

 

Fəal bu barədə mayın 25-də bir mətn paylaşıb.

 

“Cənab Abbas Lisaninin aylardır qanunsuz şəkildə saxlanması və bütün vətəndaş hüquqlarından məhrum olması səbəbindən bir neçə məsələyə toxunmaq istəyirəm:

Azərbaycanlı milli-mədəni fəallar ənənəyə uyğun, ölkə və beynəlxalq qanunlar çərçivəsində öz legitim hədəfləri uğrunda fəaliyyət göstərə bilər.

 

Özbaşınalığa yol verərək azərbaycanlı milli-mədəni fəallara məhdudiyyət yaradan şəxslərin bu hərəkəti təmami ilə qəbuledilməzdir.

 

Eləcə də Azərbaycanın yorulmaz mübarizi Abbas Lisaniyə son aylarda edilən qanunsuz təzyiqlər qəbul edilməzdir və pislənilir.

 

Hər kəs bilməlidir ki, Abbas Lisaniyə qanunsuz və ağır şəraitin təhmil olunması təkcə onun ailəsi deyil, eyni halda bütün milli-mədəni fəallar və azad insanları da narahat edir. Ona görə də ölkə və beynəlxalq qanunlara uyğun olaraq məhkəmədən qanuna riayət etməsi və cənab Abbas Lisaniyə özü seçdiyi vəkili ilə birlikdə özünü müdafiə etməsi üçün münasib şərait yaradılmasını tələb edirəm.

 

Şübhəsiz ki, qanuna riayət etməməyin məsuliyyəti ozbaşınalığa yol verən və özbaşına qərar verənlərin üzərinə düşür. Onlar vətəndaşın hüququnun təmin olunmaması və ölkədə qanunların işləməməsinə səbəb olur.

 

Bundan əlavə, hər kəs bilməlidir ki, Abbas Lisani məhkəmədə özünü müdafiə etmək üçün lazımi şəraitin olmaması və qanuni çıxış yolu görmədiyindən aclıq aksiyasına başlayarsa, onun səhətində yarana biləcək problemlər və sonrakı nəticələrlərin məsuliyyəti qanunu pozunların üzərinə düşəcək.”- deyə Əkbər Azad paylaşdığı mətndə qeyd edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar