Seyid Cavad Təbatəbayinin qızı Arin Təbatəbayi Amerikanın yeni hökumətində bu ölkənin Xarici İşlər Nazirliyində yüksək vəzifəyə təyin olunub.
Gunaz.tv
A.Təbatəbayi “Amerikanın Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik” bölməsinə baş məsləhətçi seçilib.
Onun atası Təbriz Universitetinin müəllimi Seyid Cavad Təbatəbayi yeni dövrdə “İranşəhri” və panfarsizm nəzəriyyəsinin ən aparıcı simalarından, İranda türk varlığının inkarı üçün çoxsaylı əsərlər yazan şəxslərdən biri kimi tanınır.
Bu təyinat sosial şəbəkə istifadəçiləri arasında müxtəlif reaksiyalara səbəb olub.
İranda qeyri-fars, özəlliklə türklərin mədəni hüquqları uğrunda mübarizə aparanları daima Amerika və İsrail casusu adlandıran S.C.Təbatəbayinin qızının bu vəzifəyə seçilməsi qeyri-fars xalqların fəalları arasında ironiya ilə qarşılanıb.
S.C.Təbatəbayi İran-Amerika arasında olan gərgin münasibətlərə görə həməşə Amerikanı günahkar çıxarıb. O, “İran İslam İnqilab Keşikçiləri Korpusu”nun çox sayda insan itkisinə səbəb olan Ukrayna sərmişin uçağını raketlə vurmasını Amerikanın günahı adlandırmış və bunu Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsinin nəticəsi saymışdı.
Azərbaycanlı sosial şəbəkə istifadəçiləri bu təyinatı “panfarsistlərin və radikal İran miliyyətçilərinin həqiqi simasının aşkarlanması və hansı cərəyanların xarici qüvvələrə bağlı olmasının üstünü açılması” kimi dəyərləndiriblər.
C.E