SON XƏBƏRLƏR

Tarixi abidələr aşkarlandı

2021.10.20, 07:36
Tarixi abidələr aşkarlandı

Gunaz.tv
Tarixi abidələr aşkarlandı Naxçıvanda yerləşən Plovdağ nekropolunda aparılan arxeoloji qazıntılar nəticəsində eramızdan əvvəl II minilliyin I dövrünə aid yerüstü və yeraltı qəbirlər aşkarlanıb. Bu barədə APA-ya ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Bəhlul İbrahimov məlumat verib. Ekspedisiya rəhbəri bildirib ki, dəfnin bu ikili standartı arxeoloqları uzun müddət düşündürüb: "Tədqiqat nəticəsində aşkarladığımız belə yerüstü qəbirlərə digər ölkələrdə də rast gəlinirdi. Nekropolda apardığımız tədqiqatlar nəticəsində bu antik sirri aça bildik. Məlum oldu ki, həddi-buluğa çatmadan vəfat edənlərin qəbirləri yerüstü olub, yəni onları torpağı qazaraq dəfn etməyiblər. Yaşlılar isə yeraltı qəbirlərdə dəfn olunub". B. İbrahimov ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində üstü həndəsi naxışlı gil qabların, yonulmuş daş alətlərin aşkarlandığını və tədqiqatların avqustun 20-dək davam edəcəyini bildirib. adalet

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar