SON XƏBƏRLƏR

Tariximiz "erməniləşdirilir"

2021.10.20, 07:36
Tariximiz "erməniləşdirilir"

Gunaz.tv
Tariximiz "erməniləşdirilir" faiq.jpg Faiq İsmayılov: "Ermənistandan Zod qızıl mədənlərinə qədər çəkilən böyük asfalt yolun, Gorus-Laçın şosesinin kənarındakı hər bulağın üzərində 1-1,5 m hündürlükdə, 1 metrə qədər enində xaç daşları basdırılıb" Ermənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitununun arxeoloji ekspedisiyası Hamlet Petrosyanın rəhbərliyi altında iyulun əvvəlindən işğal altındakı Ağdam rayonu ərazisinə gəlib. Ermənilər Qarabağ xanı Pənahəli xanın 1751-1752-ci illərdə tikdirdiyi "Şahbulaq qıfılı" saray kompleksi ətrafında 2005-ci ildə başladıqları qazıntıları davam etdirirlər. Ramiz Mikayıloğlu Ermənistan informasiya agentliklərinin yaydığı məlumata görə, məqsəd erməni knyazı Tiqranın Qarabağda yaşadığını və bir zamanlar Ağdam ərazisində erməni knyazlığının mövcud olmasını sübuta yetirməkdir. Ərazinin adını dəyişərək "Tiqranakert" adlandıran ermənilər bu sərsəmləmələrini təbliğ etmək üçün internet səhifəsi də yaradıblar. Halbuki, aralarında rus tarixçisi İ.M.Dyakonov olmaqla bir sıra məşhur alimlər ermənilərin əcdadlarının məskunlaşdığı Yuxarı Fərat ərazilərinin Urartu, Midiya, Əhəməni (həxəmənis) dövlətinin tərkibində olduğunu, erməni knyazlığının yalnız Parfiya knyazı II Tiqranın zamanında qısa müdətdə gücləndiyini, Roma sərkərdəsi Pompeyin erməni knyazlığını tarix səhnəsindən sildiyini yazır. İndi saxtakar ermənilər arxeoloji qazıntı adıyla da işğal altındakı ərazilərimizi talan edir, gələcək fırıldaqlarına elmi don geyindirmək üçün torpaqlarımıza kütləvi şəkildə xaç daşları basdırırlar. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix-Mədəniyyət Abidələrini Mühafizə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov deyir ki, hazırda Ermənistanın Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu daha çox Ağdamda qazıntılar aparır. Əsas məqsəd bu ərazilərdə I və II minilliklərdə ermənilər yaşadığını "sübutlamaq" və bunu dünyada təbliğ etməkdir. Onun sözlərinə görə, qazıntılar aparılan yerlərdə heç Qafqaz Albaniyasına məxsus tarixi abidələr belə yoxdur. "Şahbulaqda bizim I və II minilliyə aid kurqanlarımız var və belə kurqanların olduğu ərazi Əsgərana, Xocalıya qədər uzanır. Bu, həm islamiyyətə qədər olan abidələrdir. O da sübut olunub ki, kurqanlar yalnız türkdilli xalqlara məxsusdur. Qədimdə türklər qəbrin üzərində torpaqdan, yaxud daşdan ərazinin relyefinə uyğun olaraq təpələr düzəldiblər. Kurqanın içərisində vəfat etmiş tanınmış şəxsin silah-sursatı, malik olduğu qiymətli əşyaların bir hissəsi və s. basdırılıb. Qurumun sədri bildirdi ki, ermənilər apardıqları qazıntılar nəticəsində ciddi ziyan vururlar. Yəni kurqanlardakı silah-sursatı, bəzək əşyalarını birbaşa İrəvana aparırlar. Bu da sabah bizim o kurqanların taleyindən xəbərsiz qalacağımızı şərtləndirəcək. Faiq İsmayılov nəzərə çatdırdı ki, Ağdamda qazıntılar 2003-cü ildən başlayıb. 2005-ci ildən qazıntılar böyük sürətlə aparılıb. Qazıntılar əsasən yay aylarında olur və qazıntıya yaxınlıqdakı erməni kəndlərinin əhalisi cəlb olunur. Qısası, ərazilərimizin "erməniləşdirilməsi"nin şahidi oluruq. O, "Şahbulaq qıfılı" ətrafında aparılan qazıntılarla bağlı 40-a qədər fotoşəkil əldə etdiklərini söylədi. Qazıntılar çökəklikdə deyil, "Şahbulaq qıfılı"ndan bir az yüksəkdəki ərazini, qayaların üzərini əhatə edir: "İndi qazıntı aparılan yerlərdə kurqanların olması da mümkün deyil. Ancaq onlar orada fotoşəkillərdən də göründüyü kimi mişar daşları düzürlər. Hər bir mişar daşının üzərində də xaç nişanələrini oyurlar. Əgər divar uçubsa, daşın daşa birləşən hissəsində xaçın olub-olmamağının elə də böyük əhəmiyyəti yoxdur. Tarixdən bilirik ki, ibtidai dövrlərdə divar yazıları, rəsmləri, at fiqurları və s. olub. Bunlar divar rəsmləri olub, divarın içərisindəki rəsmlər bir növ ermənilərin "yeniliyidir" və süniliyi dərhal nəzərə çarpır". Faiq İsmayılov qeyd etdi ki, ermənilər hazırda Laçın, Kəlbəcər rayonları ərazisində də çox ciddi işlər aparırlar. Kəlbəcərdə Qafqaz Albaniyasına məxsus 15-ə, Laçında 40-a yaxın divar rəsmi, abidə dəyişdirilib, xaçlar erməni xaçlarına uyğunlaşıdırılıb: "Həmin abidələr iki dövrü-həm xristinalığa qədər, həm xristianlıq dövrünü əhatə etdiyinə görə onların üzərində xaç şəkilləri elə də çox qoyulmamışdı. Mən özüm də 1992-ci ilə, işğala qədər bu işlə məşğul olmuşam. Biz abidələrin memarlıq quruluşuna görə onun Qafqaz Albaniyasına aid olduğunu müəyyənləşdirirdik. Ermənilər bu abidələrin üzərinə erməni xaçları yonaraq bərkidiblər. Baxanda həmin xaçın süni surətdə orada yerləşdirildiyini ayırd etmək çətin deyil. Çünki erməni xaçlarını yonarkən texniki vasitələrdən istifadə edirlər. Ancaq əvvəllər belə vasitələrdən istifadə olunmayıb. Digər tərəfdən, ermənilər elə incə elementlər oyurlar ki, onları qədim və orta əsrlərdə küt alətlərlə yonmaq mümkün deyildi". İctimai Birliyin sədri "erməniləşdirilmiş" abidələrin şəklinin internetdə yerləşdirildiyini, bədnam qonşularımızın bu yöndə davamlı təbliğat apardıqlarını, Avropa Şurası və YUNESKO-nun müəyyən şöbələrinə göndərdiklərini nəzərə çatdırdı. Bütün bunlardan əlavə, Ermənistandan Zod qızıl mədənlərinə qədər çəkilən böyük asfalt yolun, eyni zamanda Gorus-Laçın şosesinin kənarındakı hər bulağın üzərində 1-1,5 m hündürlükdə, 1 metrə qədər enlilikdə xaç daşları oyularaq basdırılıb. Yer da daşla döşənib ki, diqqət çəksin və gələnlər onun ətrafında dayanıb şəkil çəkdirsinlər: "Narahatçılığım odur ki, bunlar bizə indi-indi məlum olur. Biz 2002-2003-cü illərdə danışıq aparırdıq ki, YUNESKO-dan, Avropa Şurasından monitorinq qrupları gəlsin və Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən Qərbi Azərbaycan, hazırkı Ermənistanda monitorinqlər aparılsın, abidələrimizin, müsəlmanların inanc yerlərinin, qəbirüstü abidələrin necə dağıdıldığını əyani surətdə beynəlxalq təşkilatlara göstərək. Çox güman ki, yaxınlarda bu məsələ reallaşacaq. Avropalılar indi monitorinq qrupu təşkil etmək niyyətindədirlər. Mən Xarici İşlər Nazirliyimizə də telefon açdım, xahiş etdim ki, bu ərazilərimizin erməniləşdiilməsi də monitorinqdə diqqətdə saxlanılsın. Təklifimiz vardı ki, Azərbaycan, eyni zamanda Ermənistan tərəfində həm dövlət, həm də qeyri-dövlət sektorundakı ekspertlər monitorinq qrupunda təmsil olunsunlar ki, bizə qarşı ikili standartlara yol verilməsin". Faiq İsmayılov bu məsələnin hələ gündəmdə olduğunu bildirdi. Monitorinqi aparanlar buna razılıq verərlərsə, İctimai Birliyin sədrinin də həmin ərazilərə getmək imkanı olacaq: "Bu gün mətbuatımızın, həmkarlarımızın başlıca vəzifəsi o olmalıdır ki, o ərazilərin süni surətdə erməniləşdirilməsini əyani surətdə göstərək. Bunun üçün əlimizdə böyük imkanlarımız, faktlar var". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar