SON XƏBƏRLƏR

Tatarıstan Azərbaycanla iqtisadi əlaqələri möhkəmləndirmək niyyətindədir

2021.10.20, 07:36
Tatarıstan Azərbaycanla iqtisadi əlaqələri möhkəmləndirmək niyyətindədir

Gunaz.tv
Tatarıstan Azərbaycanla iqtisadi əlaqələri möhkəmləndirmək niyyətindədir Azərbaycan, Bakı, 18 iyun / Trend / Tatarıstan hökumətinin başçısı Rüstəm Minnixanov Azərbaycan nümayəndə heyətinin üzvlərini salamlayarkən bildirib ki, Tatarıstan Respublikası və Azərbaycan Respublikası arasında tarixən səmimi dostluq münasibətləri qurulub və bugün bu dostluğu möhkəmləndirmək imkanları genişdir. Bu barədə Tatarıstan hökumətinin rəsmi saytında yerləşdirilən Tatarıstan Respublikasının Nazirlər Kabinetinin pres-relizində bildirilib. Azərbaycan Respublikası hökumətinin nümayəndə heyəti Baş nazir Artur Rəsizadənin rəhbərliyi altında çərşənbə axşamı səhər saatlarında Tatarıstan paytaxtına rəsmi səfərə yola düşüb. Səfər proqramı ikigünlük hesablanıb. Minnixanov xatırladıb ki, Tatarıstan nümayəndələrinin 2006-ci ilin avqustunda Azərbaycana səfərindən sonra, iki respublika arasında xarici ticarət dövriyyəsinin həcmi 2007-ci ilin yekunlarına əsasən 45 faiz artıb. Azərbaycanın Baş naziri Rəsizadə Azərbaycan və Tatarıstan respublikalarını «mənən yaxın» adlandırıb. «Biz Tatarıstanın son illər ərzində nail olduğu uğurlarını izləyirik, çünki Rusiya Federasiyasının siyasətində regionlarla münasibətlərinə diqqət ayırırıq. Hər bir əlaqə həm Azərbaycan Respublikası, həm də Tatarıstana qarşılıqlı fayda vererərək bizi irəli aparır», - deyə Rəsizadə bildirib. Səfər zamanı Azərbaycan hökumətinin nümayəndə heyətinin üzvləri iri sənaye müəssisələrinə («Tatnefteximinvest-xoldinq» ASC, Qorki adına Zelenodolski zavod, «Serqo adına zavod» BM, «KAMAZ» ASC, «Alabuqa»), həmçinin yüksək texnologiyalı tibbi yardım mütəxəssislərinin hazırlanması üzrə Federal Metodiki Tədris Mərkəzinə baş çəkəcəklər. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar