Tatarıstan prezidenti Rüstəm Minnixanov “Traxtur” komandasını çempion olması münasibətilə təbrik edib

2020-09-12 19:22

Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov Təbrizin “Traxtur” futbol klubunun sahibi Məhəmmədrza Zunuziyə mesaj göndərərək, onu “Traxtur” komandasının Tehranın “İstiqlal” komandasına qələbə çalaraq, çempion olması münasibətilə təbrik edib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Təbrizin “Traxtur” futbol klubunun rəsmi saytı məlumat yayıb.


Yayılan məlumata əsasən, Məhəmmədrza Zunuzi ilə yaxın dostluq münasibətjləri olan Tatarıstan prezidenti ona ünvanladığı təbrik mesajında onun “Traxtur” futbol klubuna rəhbərliyini yüksək qiymətləndirdiyini bildirib: “Traxtur” klubunun oyunçuları, məşqçiləri və digər işçiləri nəinki sizin klubunuza ən böyük şərəf və iftixar qazandılar, hətta həyəcanlı bir oyun da sərgilədilər. Bu isə “Traxtur”un çılğın tərəfdarlarının sevinci ilə qarşılandı.


Ən böyük şərəf isə Zati-alinizə məxsusdur. Çünki ölkədə nüfuzlu, etibarlı və hörmətə layiq bir komandanın yaranmasında sizin göstərdiyiniz əzmkarlıq və fədakarlığınız səbəb oldu ki, bu gün siz "Traxtur"un saysız azarkeşləri ilə birlikdə futbolçularınızın bu qələbəsi ilə fəxr edəsiniz. 


Sizə möhkəm cansağlığı arzu edir, “Traxtur” komandasına isə qarşıdakı İran kuboklarında və beynəlxalq yarışlarda daha çox və böyük uğurlar diləyirəm” –deyə, Tatarıstan prezidenti Rüstəm Minnixanov Təbrizin “Traxtur” futbol klubunun sahibi Məhəmmədrza Zunuziyə göndərdiyi təbrik mesajında qeyd olunur.


Qeyd edək ki, Tatarıstan Respublikası Rusiya Federasiyasının ən mühüm muxtar türk respublikalarından biri sayılır. Tatarıstan Respublikası əhalisinin 70 faizindən çoxunu tatar türkləri təşkil edir. Tatarlar isə “Traxtur” futbol komandasını çox sevirlər. 


4 milyondan çox əhalisi olan Tatarıstan Respublikasının paytaxtı tarixi Kazan (Qazan) şəhəridir. Kazan şəhəri türk dünyasının ən mühüm iqtisadi, siyasi, mədəni, sənaye və tarixi şəhərlərindən biri sayılır. Bu şəhər 1552-ci ildə ruslar tərəfindən işğal edildi və yerli tatarların çoxu işğal əsnasında öldürüldüyü və ya sürgünə göndərildi. 


Kazanla Təbriz bir-biri ilə bacı şəhərlərdir. Məhz həmin səbəbə görə də, 2017-ci ildə Kazanda “Təbriz parkı”, Təbrizdə isə “Kazan parkı” adı ilə iki parkın açılışı olub. 


Qeyd edək ki, sentyabrın 3-də Güney Azərbaycanın təmsilçisi olan “Traxtur” futbol komandası Məşhəd şəhərində keçirilən matçda Tehranın “İstiqlal” komandasını 3:2 hesabı ilə məğlub edərək İran kubokunun (cam-i həzfi) sahibi olub.

 
“Traxtur”un qələbəsi Güney Azərbaycanın müxtəlif şəhərlərində böyük sevinc və coşğu ilə qarşılanıb. Belə ki, ayrı-ayrı şəhərlərdə küçələrə axışan “Traxtur” tərəfdarları milli şüarlar səsləndirərək Azərbaycan musiqisi sədaları altında bu mühüm qələbəni bayram ediblər. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Siyasi məhbus Əlirza Fərşi məzuniyyətə buraxılıb

2021-05-08

gun az article

Zənganlı gənc həbsxanada işgəncə ilə öldürülüb-​​​​​​​Hüseyn Kəbutərinin meyiti su bəndində tapılıb

2021-05-08

gun az article

Həmədanda məktəblilər etiraz aksiya keçirib-VİDEO

2021-05-08

gun az article

Qoşaçayda vəzifəli şəxs oruc tutmayan vətəndaşı öldürməyə cəhd edib-VİDEO

2021-05-08

gun az article

Mərənddə tarixi əşya qaçaqmalçıları ifşa edildi

2021-05-08

gun az article

Təbriz Universitetinin alimi hökumətin Urmu layihəsini sərt tənqid etdi

2021-05-08

gun az article

Güclü yağış Təbrizdə həyatı iflic etdi: Evlər, dükanlar su altına qaldı-VİDEO

2021-05-08

gun az article

Təbrizdə narazılıq: Divarlara etiraz şüarları yazıldı-FOTOLAR

2021-05-08

gun az article

GünazTV May.07.2021-Azadlıq səsi: Vətənpərvərlik, Azərbaycançılıq

2021-05-07

gun az article

GünazTV May.07.2021: Körpü: İran Şövonizminin Quzey Azərbaycan'da Təxribatçı Cəhdləri

2021-05-07

gun az article

Qərbi Azərbaycanda əməliyyat: Tarixi əşya qaçaqmalçıları ifşa edildi

2021-05-07

gun az article

Güneyli qadın avarçəkənlər bürünc medal qazanıb

2021-05-07

gun az article

Zəngan şəhərinin bələdiyyə işçiləri etiraz aksiyası keçirib

2021-05-07

gun az article

"Allah ona ağıl versin"-İran Güləş Federasiyasının başçısı azərbaycanlı atleti təhqir etdi-VİDEO

2021-05-07

gun az article

Amerikanın İran siyasəti dəyişir?: “Artıq dərk edirlər ki, İran təkcə fars deyil”-İstiqlalçı millət vəkili

2021-05-07

gun az article

Tikantəpədə həbslər olub- 2 milyardlıq cinayət

2021-05-07

gun az article

Zənganda yaşı 3 min il olan tarixi əşyalar tapıldı

2021-05-07

gun az article

Urmuda əməliyyat: Döyüş silahları ələ keçirildi

2021-05-07

gun az article

Təbriz-İzmir aviareysləri bərpa edildi

2021-05-07

gun az article

"Milli yola inamımız dəmir barmaqlıqları sındıracaq"-Ərdəbildə siyasi məhbuslarla görüş keçirilib

2021-05-07