SON XƏBƏRLƏR

“Status-kvonun pozulması heç kimə fayda verməyəcək” – Hulusi Akar

2022.03.01, 07:42
“Status-kvonun pozulması heç kimə fayda verməyəcək” – Hulusi Akar

Gunaz.tv

Bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.

“Son hadisələri kədər və narahatlıqla izləyirik. Arzuolunmaz hadisələr baş verir. Ölümlər bizi kədərləndirir. Ukrayna və Rusiya ilə son dərəcə müsbət münasibətlərimiz var. 

Cənab prezidentimiz münasibətlərimizi aydın şəkildə qeyd edib və müəyyənləşdirib. Bu nöqtədə biz hadisələri yaxından izləyirik. Tariximiz boyu olduğu kimi, bu gün də başda bütün ölkələrin suverenlik hüquqlarına, sərhədlərinə və ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Bu prinsipdən çıxış edərək, Ukrayna üçün də eyni şeyi deyirik.

Diplomatik vasitələrlə bəzi həll yolları tapılmalıdır. Rusiyanın başlatdığı əməliyyat beynəlxalq hüquqa ziddir. Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı həyata keçirdiyi əməliyyatı qəbul etməyimiz mümkün deyil. İllərdir ki, Montrö statusu çox uğurla davam edir. Sözügedən saziş bütün sahilyanı ölkələr üçün faydalı olmaqla yanaşı, digər ölkələrin də ölkəyə giriş-çıxışını tənzimləyir. 

Montrö eroziyasının hər hansı formada olması, status-kvonun pozulması heç bir fayda verməyəcək. Biz Montröyü qorumaqda fayda görürük. Bu çərçivədə işimizi davam etdiririk. Biz Montrö Konvensiyasının 19, 20 və 21-ci maddələrini həyata keçirməyə davam edəcəyik”,- deyə Akar bildirib.

Qeyd edək ki, Türkiyə Rusiya hərbi gəmilərinin boğazlardan keçidinə qadağa qoyub. (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar