SON XƏBƏRLƏR

“Təbriz 2018”in açılış mərasimi növbəti dəfə təxirə salınıb!

2021.10.20, 07:36
“Təbriz 2018”in açılış mərasimi növbəti dəfə təxirə salınıb!

Gunaz.tv

GünAz TV: Təbriz şəhəri 2018-ci ilin islam dünyasının  turizm paytaxtı seçilib. Hökumət rəsmiləri bu layihəni adiləşdirib etibardan salmaq üçün layihənin açılış mərasimini ikinci dəfədir təxirə salıb.

 

Proqrama görə, “Təbriz 2018”in açılış mərasimi 2018-ci ilin əvvəlində keçirilməli idi. Məsullar havanın soyuq olduğunu bəhanə edərək mərasimin Novruz bayramı günlərinə təxirə saldılar. Onlar bildirdi ki, mərasimin bayram günlərində keçirilməsi daha çox məqsədə uyğundur, bununla bölgəyə çoxlu turist cəlb etmək mümkündür.

 

Novruz bayramı yaxınlaşınca proqram yenidən dəyişib. “Təbriz 2018” Planlaşdırma Milli Şurasının fəxri rəisi Məhəmmədrza Nemətzadə açılış mərasiminin növbəti dəfə 1 ay müddətinə təxirə salındığını bildirib.

 

M.Nemətzadə bu barədə çərşənbə günü jurnalistlərə məlumat verib.

 

“Bir çox cəhdlərdən sonra prezidentin aprelin 25-də “Təbriz 2018”-in açılış mərasimində iştirak edəcəyi qətiləşib”- deyə o qeyd edib.

 

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin turizm nazirlərinin Nigeryanın paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransında Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib. Bu şəhərin 2018-ci ildə bütün dünya ölkələri, xüsusi ilə də islam dünyasından çox sayda turist qəbul edəcəyi gözlənilir. Lakin hökumət rəsmiləri açılışı mərasimini təxirə salmaq və bu iş üçün büdcə vəsaiti ayırmamaqla Güney Azərbaycan və Təbriz üçün yaranan fürsətdən istifadə etməyə imkan vermirlər.

 

2018-ci ilin əvvəlində açılış mərasimi keçirilməsin deyə ““Təbriz 2018” layihəsindən öncə mərasim” adlı bir tədbir keçirildi. İndi məlum olur ki, bu mərasim rəsmi açılış mərasimini təxirə salmaq və Təbriz üçün yaranan turizm fürsətlərini aradan aparmaq məqsədi güdürmüş.

 

İran rejimi “Təbriz 2018” layihəsinə heç bir büdcə ayırmadan bütün işləri Təbrizin Bələdiyyə İdarəsinə tapşırıb. Şübhəsiz ki, davamlı olaraq maliyyə sıxıntıları içində olduğuna dair xəbər yayılan Bələdiyyə İdarəsi bu önəmli layihə ilə əlaqədar şəhər üçün heç nə edə bilməyəcək, bununla da Güney Azərbaycan üçün yaranan fürsətlər əldən buraxılacaq.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar