SON XƏBƏRLƏR

“Təbriz 2018” layihəsinə ayrılan büdcə vəsaitinin yalnız 1 faizi ödənilib

2021.10.20, 07:36
“Təbriz 2018” layihəsinə ayrılan büdcə vəsaitinin yalnız 1 faizi ödənilib

Gunaz.tv

GünAz TV: 2018-ci ilə sayılı günlər qaldığı bir vaxtda dövlətin “Təbriz 2018” layihəsinə ayırdığı büdcə vəsaitinin yalnız 1.3 faizi ödənilib.

 

Bu barədə Təbriz Şəhər Şurasının Büdcə və Planlaşdırma Komissiyasının rəisi Məhəmmədbağır Beheşti “Fars” xəbər agentliyinə danışıb.

 

“Bir müddət əvvəl Mədəni İrs İdarəsinin rəisi, dövlətin “Təbriz 2018” layihəsi üçün 765 milyard tümən vəsait ayırdığını bildirmişdir. Mən elə o zaman dedim ki, bu mümkün olan iş deyil və dövlət büdcəsinə güvənmək olmaz. Son günlərdə parlamentin sədr müavini və Şərqi Azərbaycan valisi tərəfindən prezidentin müavininə verilən vədlə bağlı məktub göndərilib. Məqsəd, vəd edilən məbləğin ən azı 20 faizinin (150 milyard tümən) ödənilməsi olub. Lakin bu da mümkün olmayıb. Son məlumata görə, bir çox cəhdlərdən sonra yalnız 10 milyard tümən, o da mədəni İrs üçün ayrılan cari büdcədən “Təbriz 2018”ə ödənilib. Bu isə verilən vədin 1.3 faizi deməkdir”- deyə o bildirib.

 

“Millət vəkilləri “Təbriz 2018” üçün nəzərdə tutulan layihələrin icrası və onların lazımi səviyyədə həyata keçirilməsi üçün daha çox səy göstərməli və bu məsələnin arxasında olmalıdılar”- deyə Məhəmmədbağır Beheşti sözlərinin sonunda əlavə edib.

 

Qeyd edək ki, 2017-ci ildə Məşhəd şəhəri islam dünyasının mədəni paytaxtı seçilmişdir. Dövlət bu hadisə münasibəti ilə Məşhədə 200 milyard tümən büdcə vəsaiti ayırmışdır. Bu məbləğ “Təbriz 2018”ə ayrılan vəsaitlə müqayisə olunmaz dərəcədə yüksəkdir.

 

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin turizm nazirlərinin Nigeryanın paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransında Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib. Bu şəhərin 2018-ci ildə bütün dünya ölkələri, xüsusi ilə də islam dünyasından çox sayda turist qəbul edəcəyi gözlənilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar