SON XƏBƏRLƏR

“Təbriz 2018” türkcə yazılmış bannerlərlə qarşılandı

2021.10.20, 07:36
“Təbriz 2018” türkcə yazılmış bannerlərlə qarşılandı

Gunaz.tv

GünAz TV: Tehran rejiminin bütün təzyiqlərinə rəğmən “Təbriz 2018” layihəsi türkcə yazılmış bannerlərlə qarşılandı.

 

2017-ci il dekabrın 20-dən 2018-ci il yanvarın 1-dək davam edəcək müxtəlif qarşılama mərasimləri “Su səpin küçələrə, Şəhərimizə qonaq gəlir” şüarı ilə qeyd olunur.

 

Dekabrın 20-də “Təbriz 2018” layihəsinin qarşılama mərasimləri çərçivəsində şəhərin müxtəlif yerlərində klassik musiqi parçalarının ifa olunması, atəşfəşanlıq və xonça gəzdirmək kimi proqramlar həyata keçirilib.

 

Qarşılama mərasimləri sırasında 8-ci Firuzə Beynəlxalq Fotoqrafiya Festivalı da yer alır. Festivalda, Türkiyədən çox sayda fotoqrafın iştirak edəcəyi gözlənilir.

 

Bu arada rəsmi orqanlar Azərbaycanın milli kimliyinə qarşı təxribata ara vermir.

 

Məlumata görə, Şərqi Azərbaycan Mədəni İra Təşkilatı “Təbriz 2018”ə 10 gün qalmış həmin layihənin adı ilə sayt yaradıb. Belə bir önəmli hadisəni uzun müddətdir unudan Mədəni İrs Təşkilatı saytda Azərbaycanın milli kimliyi və  dilini təhrif edərək türk dilini, azəri dili adlandırıb. Bu, şübhəsiz ki, Azərbaycanı Təbrizə gələn turistlərə fərqli kimliklə təqdim etmək məqsədi güdür.

 

“Təbriz 2018” saytı Azərbaycan türkcəsi, Anadolu türkcəsi, ərəb, fars və ingilis dillərində fəaliyyət göstərəcək.

 

Azərbaycan türklərinin milli kimliyinin, mədəniyyət və tarixi irsi qorumaq görəvi daşıyan bir idarə tərəfindən təhrif edilməsi xüsusi diqqət çəkir.

 

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin turizm nazirlərinin Nigeryanın paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransında Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib. Bu şəhərin 2018-ci ildə bütün dünya ölkələri, xüsusi ilə də islam dünyasından çox sayda turist qəbul edəcəyi gözlənilir.

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar