Təbriz aksiyasında həbs olunanların kimliyi bəlli oldu

2021-07-26 13:29

24 iyul (2 mordad) Təbriz şəhərində keçirilən aksiya zamanı və ondan öncə onlarla milli-mədəni fəalın saxlanıldığı bildirilir.

Gunaz.tv Quote | Gunaz article

Onlardan bir sırasının kimliyi və harada saxlanıldığı barədə məlumatlar dəqiqləşdirilə bilib.

Saxlanılanlardan biri Məhəmməd Mahmudidir. O, 24 iyul tarixində Təbriz şəhərində həbs olunub.

Təhlükəsizlik idarəsinin təcridxanasında saxlanılan fəal iyulun 25-i gecə saatlarında Təbrizin mərkəzi həbsxanasına köçürülüb. Ümumi və İnqilab Məhkəməsinin 16-cı bölməsi istintaq onun barəsində yeni cinayət işi açıb.

Fəalın məhkəməyə qədər müvəqqəti azadlığa buraxılması üçün 30 milyon tümən girov tələb edilir.

Ulduz Qasimi şənbə günü, iyulun 24-də Təbrizdə saxlanılıb. Hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat yoxdur.

Şahin Bərzgər iyulun 22-də Təbriz şəhərində həbs olunub. Bazar günü, 25 iyulda Təbriz həbsxanasına köçürülüb. Barəsində yeni cinayət işi açılıb və məhkəməyə qədər müvəqqəti azadlığa buraxılması üçün 150 milyon tümən girov istənilib.

Şəhruz Bərzgər də həmin gün saxlanılıb. Şahin Bərzgərin qardaşı olan fəal barəsində dəqiq məlumat yoxdur. Ailəsi onun həbs olunduğunu ehtimal edir.

Siyamək Kuşi şənbə günü, iyulun 24-də  Təbrizdə saxlanılıb və bir neçə saat sonra sərbəst buraxılıb. Milli fəal eyni gün axşam saatlarında yenidən həbs olunub. Harada saxlanıldığı barədə məlumat yoxdur.

Səməd Ladvəndi isə iyulun 24-də saxlanılıb və bir neçə saat sorğu-sualdan sonra müvvəqqəti olaraq sərbəst buraxılıb. 
   
Davud Rəhimi də saxlanılanlar sırasındadır. Yaxınlarının verdiyi məlumata görə, iyulun 24-də  Təbriz aksiyasında saxlanılıb və hara aparıldığı barədə bilgi yoxdur.

Əmir Səttari Rəuf isə iyulun 22-də təhlükəsizlik məmurları tərəfindən saxlanılıb və hara aparıldığı dəqiq bilinmir.

Vəhid Əbhəri 22 iyulda Təbrizdə həbs olunub. Saxlanıldığı yer barədə məlumat yoxdur.

Müctəba Əbdüli də iyulun 22-də Ocan (Bostanabad) şəhərində həbs olunub. Həbs səbəbi və saxlanılma yeri məlum deyil.

Əşkan Səadətmehr və Əkbər Quluzadə iyulun 24-də Urmunun “Ətayi” küçəsində saxlanılanılıb. Bir neçə saat sorğu-sual edilib, məmurlar tərəfindən döyüldüksən sonra müvvəqqəti olaraq azadlığıa buraxılıb.

Kərim İsmayılzadə də şənbə günü saxlanılıb. Milli fəala bağlı olan “Kərim boksor” sosial şəbəkəsi iyulun onun 24-də ETTELAAT idarəsinə çağrıldığını və ondan sonra barəsində heç bir məlumat əldə etmək mümkün olmadığını bildirib.

Rəhim Sasaniyan, Yaşar Piri, Sədullah Sasaniyan, Möhsün Abbaspur və Məhəmməd Purəli. İyulun 22-də, axşam saat 22 radələrində Təbriz şəhərinin 50 kilometrliyində yerləşən Xoca şəhərində 5 milli-mədəni fəal saxlanılıb.

Saxlanıldıqdan sonra “Sepah”ın Təbrizdəki kəşfiyyat və təhlükəsizlik təcridxanasına köçürülüblər. İyulun 23-ü səhər saat 7-də sərbəst buraxılan milli fəalların mobil telefonları təhlükəsizlik məmurları tərəfindən müsadirə edilib.

Yusif Sələhşur iyulun 25-i axşam saat 23 radələrində İran hökumətinin silahlı təhlükəsizlik məmurları tərəfindən Təbriz şəhərində evinə basqın edilib. Məmurlar fəalı həbs edərək naməlum istiqamətə aparıblar. Onun evində axtarış aparıldığı və şəxsi əşyalarının məmurlar tərəfindən götürüldüyü bildirilir.

Nadir Sadiqiyan və Məhəmməd Mərdi iyulun 26-da saat 00.01 radələrində Təbrizdə öz evlərində həbs olunub. Saxlanılma səbəbləri və hara aparıldıqları bəlli deyil. Onların 24 iyul aksiyaları ilə bağlı həbs olunduqları ehtimal edilir.

Güney Azərbaycan şəhərlərində Xuzistanda baş verən etirazlara dəstək aksiyalarının keçirildiyi bi zamanda Ərdəbil həbsxanasında saxlanılan siyasi məhbus Abbas Lisaninin telefon danışığına qadağa qoyulub.

Bundan öncə Qarabağın azadlığı uğrunda Azərbaycan Respublikasının apardığı əməliyyatlar zamanı və Güney azərbaycanlıların buna dəstək aksiyaları zamanı da Abbas bəyin telefon danışığı və ailəsi ilə görüşünə qadağa qoyulmuşdu.


İnsan hüquqlarına zidd olan bu hərəkət İranın təhlükəsizlik qurumlarının məsələlərlə bağlı fəal və siyasi məhbusların öz mövqelərini bildirməsindən çəkindiyini göstərir.


A.Lisani bundan öncə İran televizyasında azərbaycanlıları aşağılayan “Fitilə” verilişinə etiraz edənlərə dəstək məqsədilə həbsxanadan 5 dəqiqə 53 saniyəlik səsli mesaj göndərmiş, buna görə rejimin qəzəbinə gəlmişdi.


Abbas Lisani cəza olaraq həbs müddətinin qalan hissəsini çəkmək üçün Şirazın “Adilabad” həbsxanasına sürgün edilmişdi.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16