SON XƏBƏRLƏR

Təbriz Apelyasiya məhkəməsi milli hərəkat fəalı Məhəmmədrza Əvəzpurun işinə yendən baxıb

2021.10.20, 07:36
Təbriz Apelyasiya məhkəməsi milli hərəkat fəalı Məhəmmədrza Əvəzpurun işinə yendən baxıb

Gunaz.tv
Təbriz Apelyasiya məhkəməsi milli hərəkat fəalı Məhəmmədrza Əvəzpurun işinə yendən baxıb DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən bir müddət öncə Güney Azərbaycan milli hərəkatında fəallıq göstərən orta məktəb şagirdi Məhəmmədrza Əvəzpur Təbriz ETTELAAT məmurları tərəfindən İran İslam hakimiyyətinin rəhbərini təhqir ittihamı ilə həbs edərək ağır işgəncələrə məruz qoyduqdan sonra Təbriz inqilab məhkəməsinin qərarı ilə 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bu ittihamlarla razılaşmayan soydaşımız Məhəmmədrza Əvəzpur Apelyasiya məhkəməsinə şikayət etmişdir. Son günlərdə apelyasiya məhkəməsi Məhəmmədrza Əvəzpurun işinə yendən baxaraq qərar çıxartmışdır ki, onun apelyasiya məhkəməsinə etdiyi şikayətlər ona qarşı irəli sürülən ittihamlarda heç bir təsiri yoxdur. Lakin apleyasiya məhkəməsi milli fəalın azyaşlı olduğunu və əvvəlcədən məhkum olmadığını nəzərə alaraq Məhəmmədrza Əvəzpura 6 ay qəti həbs qərarını ləğv edərək 3 il müddətində şərti həbs cəzası tətbiq etmişdir. Xatırladaq ki, İran cəza qanunlarında şərti həbs cəzasında əgər müttəhim təyin olan müddət ərzində təkrar həbs olunarsa həmin müddət ittihama əlavə olunaraq azadlıqdan məhrum ediləcəkdir. Qeyd edək ki, Məhəmmədrza Əvəzpur Təbriz orta məktəb şagirdlərindəndir. Məktəbdə milli haqlarını tələb edərək məktəb lövhələrində “Haray-haray mən Türkəm” şüarlarını və “Türk dilində mədrəsə olmalıdır hər kəsə” yazdığına görə və Güney Azərbaycan milli hərəkatında fəallıq göstərdiyinə görə dəfələrlə ETTELAAT məmurlaraı tərəfindən həbs edilmiş, ağır işgəncə və təzyiqlərə məruz qalmışdır. Bununla yanaşı Məhəmmədrza Əvəzpurun atası, qardaşı və ailə üzvləri də ETTELAAT tərəfindən təzyiqlərə və təhdidlərə məruz qalmaqdadırlar. Son iki il müddətində Məhəmmədrza Əvəzpurun qardaşları İnqilab məhkəməsinə çağırılaraq həbs edilib, ağır işgəncələrə məruz qalmışdır. Beynəlxal Əfv təşkilatı 5 may 2006-ci il tarixində Mustafa Əvəzpurun haqqında onun həbsi ilə bağlı və onun kiçik qardaşı Məhəmmədrza Əvəzpura qarşı işgəncələri dayandırmağı və dərhal azadlığa buraxılmalarını tələb etsə də ETTELAAT təcridxanasında Məhəmmədrza Əvəzpur 24 saat müddətinə ayaqlarından asaraq ağır işgəncə verilmiş, yeməksiz və susuz saxlanılaraq ağır duruma salınmışdır. Hal hazırda Məhəmmədrza Əvəzpur Təbriz həbsxanasında və onun ailəsi hər an ETTELAAT-ın təzyiqlərinə məruz qalmaqdadır. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar