Təbriz bələdiyyəsinin Azərbaycançılıqda günahlandırılan şöbə rəisinin işdən çıxarılması təsdiqləndi-FOTOLAR

2021-04-22 11:58

​​​​​​​Təbriz bələdiyyəsinin Abadlıq və Gözəlləşdirmə şöbəsinin rəhbəri Məsud Bərzgər Calali paniranist dairələrin təzyiqi nəticəsində vəzifəsindən azad edilib.

Gunaz.tv Quote | Gunaz article

Dünən bununla bağlı yayılan xəbər bu gün təsdiqlənib.

O, Təbriz bələdiyyəsinin başçısı İrəc Şəhin Bahirin sərəncamı ilə vəzifəsindən azad edilib və yerinə Təbrizin 6-cı və 9-cu bölgələrinin bələdiyyə başçısı kimi fəaliyyət göstərmiş Dariyuş Novin təyin edilib.

İşdən çıxarılmasının əsas səbəblərindən biri kimi şəhərdə “uyğunsuz” qurğuların və heykəllərin quraşdırılması və bu vasitə ilə müzakirələrə, qalmaqallara səbəb olması göstərilib.
  
Qeyd edək ki, Məsud Bərzgər Calali gerçəkdəndə fəaliyyəti ən çox müzakirə olunan və qalmaqala səbəb olan məmurlardan biridir.

 

Onun fəaliyyətləri dəfələrlə İranın bir sıra mətbuat orqanlarının tənqidlərinə səbəb olub. O, millətçilikdə və separatizmə dəstək verməkdə, islami dəyərləri aşağılamaqda günahlandırılıb.
 
İranın ETELLAAT və digər panfarsist dairələrinə yaxınlığı ilə tanınan bir sıra mətbuat orqanları, o cümlədən “azariha” saytı son yaz bayramı günlərində Təbriz şəhərinin Şahgölü parkında Azərbaycan Respublikasının bayrağı rənglərində boyanan qayığın qurulmasını, Təbrizin Eynalı dağı ətəyində Azərbaycan bayrağı rənglərində gül bağçasının salınmasını onun ideyası hesab edib.

 

Bununla yanaşı M.B.Calali Təbrizdə “Təkəmçilər” heykəlinin qurulmasına göstəriş verdiyi üçün də panfarsistlər tərəfindən tənqidlərə məruz qalmışdı.

Sayt Təbriz Universitetinin yaxınlığındakı “Musiqili piano” qurğusunun da onun təşəbbüsü ilə hazırlandığını yazmışdı.

 

M.B.Calali bundan öncə də dəfələrlə şəhidlərin adlarına olan lövhələrin şəhərdən yığışdırılmasında və “separatçılığı” təbliğ edən qurğu və banerlərin quraşdırılmasında günahlandırılıb.

“Separatçıların ayağını Təbriz bələdiyyəsinə açmaqla şəhərin aurasını, özəlliklə Şahgölü parkını zəhərləyib”-deyə, yuxarıda adı qeyd olunan panfarsist cərəyanına mənsub olan sayt bir neçə həftə öncə Calali barədə yazmışdı.


 
Sayt Şahgölü parkında Azərbaycan bayrağı rənglərinə boyanan qayığın Calalinin ideyası olduğunu, onun Azərbaycançılara dəstək verdiyini qeyd edib.
 
“Şahgölü parkı və şəhər səviyyəsində quraşdırılmış lövhə və banerləri yığışdırmasa İran xalqı onu və ətrafındakı separatçı mikrobları Təbrizdən süpürüb atacaq"-deyə, sayt təhdid etmişdi.


 
C.E

Təbrizdə Azərbaycan bayrağı… – İran polisi hərəkətə keçdi | "Fədai" qəzeti

Təbrizdəki “Musiqili Piano” söküldü

 

Təkəmçilər" heykəli bir neçə dəfə dağıdılandan sonra Təbrizdəki "Elegölü"yə köçürülüb

Təbri̇zdə Azərbaycan bayrağının rəngləri̇nə boyanan çəmən təhri̇f olunub • Aznews TV

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14

gun az article

Xamneyini tənqid etdiyi üçün öldürülən güneyli gəncin videosu yayıldı

2021-05-14