SON XƏBƏRLƏR

Təbriz derbisi “Traxtur”un xeyirinə yekunlaşdı

2021.10.20, 07:36
Təbriz derbisi “Traxtur”un xeyirinə yekunlaşdı

Gunaz.tv

GünAz TV: Bu gün saat 15:00-da Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” və “Maşinsazi” komandaları qarşılaşdı, derbi “Traxtur”un qələbəsi ilə başa çatdı.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 21-ci həftəsində keçirilən oyun 2:0 hesabı ilə yekunlaşıb. “Traxtur”a qələbə qazandıran qollar 24-cü dəqiqədə Əşkan Dejaqe və 50-ci dəqiqədə Antoni Stokes tərəfindən vurulub.

 

“Traxtur” bu nəticədən sonra turnir cədvəlində 3 pillə irəlləyib. Azərbaycan komandası “İstiqlal”, “Sepahan” və “Pədidə”ni geridə qoyaraq müvəqqəti olaraq cədvəlin 2-ci pilləsində qərarlaşıb.

 

Oyun zamanı stadiondakı tamaşaçılar hər iki komandanın dəstəkləyən şüarlar səsləndirib, bununla da Təbriz derbisində qazanan yenə də Azərbaycan olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar