Bunu Şərqi Azərbaycan qubernatorunun iqtisadi məsələlər üzrə müavini deyib.
Gunaz.tv
Qubernatorun müavini ilgili qurumları xalçaçılıq sahəsində çalışanların şərayitinin yaxşılaşdırılması üçün ciddi addımlar atmağa çağırıb.
Əli Cahangiri 2015-ci ildə Təbrizin “Dünyanın Xalça Şəhəri” seçilməsinə toxunaraq, bu sahəyə diqqətsizlik bu şəkildə davam edərsə bu statusun dəyişəcəyini söyləyib.
İLNA-nın verdiyi xəbərə görə, Cahangiri Təbrizdə hazırda xalçaçılığın və bu sahənin fəallarının durumlarının acınacaqlı olduğundan gileylənərək, bunun “Beynəlxalq Xalça Şəhəri” adına yaraşmadığını deyib.
O, Beynəlxalq Əl İşləri Şurası ilə əlaqələrin artırılması, bu sahədə görülən tədbirlərlə bağlı rüblük, illik olaraq hesabat verilməsi və sənədləşdirilməsinin vacibliyini qeyd edib.
Ə.Cahangiri Təbrizin xalça muzeyinin 70%-nın qurulmasına baxmayaraq, yaranmış bir sıra problemlərə görə yarımçıq qaldığını desədə, muzeyin nə zaman açılacağı barədə fikir bildirməyib.
Güney Azərbaycan, özəlliklə Təbriz əllə toxuma xalçaçılıq sənətinə görə İranda və dünyada birinci yeri tutur. Təbriz 2015-ci ildə “Beynəlxalq Əl İşləri Şurası” tərəfindən “Dünyanın Xalça Şəhəri” adına layiq görülüb. 2017-ci ildə isə həmin şura tərəfindən “Ümumdünya Əldə Toxuma Xalça Mərkəzi” seçilib.
Bu gün dünyanın bir çox ölkələrində, o sıradan Amerika, Kanada, almaniya, Fransa və b. ölkələrdə Təbriz xalçaçıları və ustaları fəaliyyət göstərirlər.
Bundan öncə “İran Əldə Toxuma Xalça İstehsalçıları və İxracatçıları Birliyi”nin sədri Əhməd Kərimi İsfahani, İranda bu sahəyə diqqət və qayğının azaldığı üçün bir çox usta və istehsalçıların Türkiyə Cumhuriyyətinə köçdüyünü bildirmişdi.
C.E