SON XƏBƏRLƏR

“Təbriz fotbolu İranın bütün şəhərlərinin futbolundan fərqlidir” - Futbolçu

2021.10.20, 07:36
“Təbriz fotbolu İranın bütün şəhərlərinin futbolundan fərqlidir” - Futbolçu

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandasının yerli olmayan oyunçularından biri Təbriz komandalarında futbolçuların inkişafı üçün daha yaxşı şərait olduğunu bildirib.

 

Bu barədə Əli Mübarəki “Fars” xəbər agentliyinə danışıb.

 

Hazırda Təbriz klublarının bir ilə müzakirə apararaq  komandaya qoşulmaq üçün ilkin razılığa gəldiklərini bildirən futbolçu qeyd edib ki, “Traxtur” komandası başda olmaqla Təbriz futbolu İranın digər şəhərlərinin futbolu ilə fərqlidir. Təbrizdə azarkeşlər “Traxtur” komandası ilə yaşayır. Hər yerdə “Traxtur”un adı çəkilir. “Traxtur” və “Maşınsazi” klubları artıq bölgə əhalisinin mədəniyyətinin bir hissəsində çevrilib.”- deyə o bildirib.

 

Futbolçu vurğulayıb ki, oyunçular üçün Təbriz komandalarında oynamaqq bir fürsətdir. Onların inkişafı üçün burada lazimı şərait var.

 

“Yerli oyunçular bu fərqi görməyə bilər. Lakin yerli olmayan oyunçular Təbriz futbolunda fərqli vəziyyətin olduğunu yaxşı dərk edir. Burada oynayan futbolçular özlərini tanıtdılrmaq üçün bu vəziyyətdən istifadə edir. Ona görə də heç bir oyunçu Təbriz komandalarında nümayiş etdirdiyi oyunu digər komandalarda nümayiş etdirə bilmir.

 

Açıq deməliyəm ki, əksər futbolçular Təbriz komandaları, xüsusi ilə də “Traxtur”da oynamağa can atır. Lakin bəziləri bunu etiraf etmir. Bütün hallarda Təbriz İran futboluna xüsusi həyəcan töhvə verib, bu şəhər heç bir şəhərlə müqayisə oluna bilməz.”- deyə Əli Mübarəki əlavə edib.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar