SON XƏBƏRLƏR

TƏBRİZ-MOSKVA ƏLAQƏLƏRİNİN GENİŞLƏNDİRİLMƏSİ YOLLARI MÜZAKİRƏ OLUNUB

2021.10.20, 07:36
TƏBRİZ-MOSKVA ƏLAQƏLƏRİNİN GENİŞLƏNDİRİLMƏSİ YOLLARI MÜZAKİRƏ OLUNUB

Gunaz.tv
İrana gedən Moskva Ticarət Evinin rəsmiləri dünən Təbriz Mineral-Sənaye və Ticarət Evində Şərqi Azərbaycanla Rusiya Federasiyası arasında əlaqələrin genişləndirlməsi yollarını müzakirə ediblər. «Media forum» saytının məlumatına görə, Şərqi Azərbaycan Ticarət Təşkilatının sədri Sadıq Nəcəfi İranla Rusiya arasında 3,2 milyard dollar həcmində əmtəə mübadiləsi olduğunu vurğulayaraq münasibətlərin genişlənməsinə tərəfdar çıxıb. S.Nəcəfi Şərqi Azərbaycanın meyvə-tərəvəz və gül məhsullarının Moskvaya göndərilməsi üçün 50 faiz güzəştlə xidmət göstərən yük təyyarəsi reysinin açılmasını vacib sayıb. Təbriz Mineral-Sənaye və Ticarət Evinin rəisi Rəhim Sadeqiyan Rusiyanın Təbrizin abadlıq layihələrində, inşaat sahəsində daha ciddi və səmərəli iştirakını istəyib. Moskva Ticarət Evi Ticarət Şurasının rəisi Rəcəb Səfərov rusiyalı heyətin İrana səfərindən məmnunluğunu vurğulayaraq qarşılıqlı əlaqələri genişləndirmək üçün hər iki tərəfin imkanlarının nəzərə alınacağını söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar