SON XƏBƏRLƏR

Təbriz Neft Emalı Zavodu səssizcə hərraca çıxarılıb

2021.10.20, 07:36
Təbriz Neft Emalı Zavodu səssizcə hərraca çıxarılıb

Gunaz.tv

Güney Azərbaycanda daha bir önəmli zavod özəlləşdirmə bəhanəsi ilə səssizcə hərraca çıxarılıb.

 

Təbriz Neft Emalı Zavodunun hərraca çıxarılması mətbuatda işıqlandırılmayıb, prosesin gizli şəkildə aparılması yenə də etirazlara səbəb olub.

 

Bu barədə Təbrizin İran parlamentindəki millət vəkili Əhməd Əlirzabeygi “Anac” saytına danışıb.

“Azərbaycan əhalisinin millət vəkillərinin belə bir hərracdan xəbəri yoxdur. Hər zaman belə olur, beytül-mal talan edildikdən sonra bizə deyirlər ki, indi gəlin bu məsələni araşdırın.

Hesab eliyirəm ki, Özəlləşdirmə Təşkilatı məqsədəuyğun şəkildə fəaliyyət göstərmir, ona görə də bu təşkilatla bağlı məsələlər öz həllini tapmayana qədər sənaye müəssisələrinin kiməsə ötürülməsi qanunsuzdur.

Təbriz Maşınqayırma Zavodunun özəlləşdirilməsi ilə bağlı problemlər, həmçinin Azərbaycan sənayesinə vurulan ziyanla əlaqədar müraciətlər hələ heç bir nəticə verməyib.”- deyə millət vəkili etiraz olaraq bildirib.

 

 

Əhməd Əlirzabeygi

 

Əhməd Əlirzabeygi prezident Həsən Ruhaninin adı davamlı olaraq maliyyə pozuntularında hallanan Özəlləşdirmə Təşkilatının rəisi “Puri Hüseyniyə” dəstək verməsi ilə bağlı qeyd edib ki, deputatlar ona ciddi xəbərdarlıq etdi, bundan sonra prezident aparatından bildirildi ki, müdirlərinin öz vəzifəsində fəaliyyətini davam etdirməsi prezident üçün xüsusi əhəmiyyət kəsb edir.

 

Şərqi Azərbaycanın keçmiş valisi Məcid Xudabəxşin iki il əvvəl verdiyi açıqlamaya görə, son illərdə Şərqi Azərbaycanda 28 sənaye müəssisəsi dövlət tərəfindən özəl müəssisə və ya fiziki şəxslərə ötürülüb, onlardan ən azı 21-i bir müddət sonra ciddi maliyyə sıxıntısı ilə üz-üzə qalıb. Sənaye müəssisələri hökumət rəsmilərinə yaxın şirkət və ya fiziki şəxslərə satılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar