Təbrizli millət vəkili təzyiqlərdən danışdı: "Mənə dedilər ki, həbs olunmaq istəmirsənsə bu barədə danışma"

2021-04-19 10:30

Təbriz, Tufarqan (Azərşəhr) və Üskü şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan mətbuata verdiyi açıqlamada noyabr aksiyalarından danışıb. 

Gunaz.tv Quote | Gunaz article

O, həbs olunmamaq üçün 2019-cu ildə baş verən noyabr etirazlarının qurbanlarının sayı barədə açıqlama vermədiyini bildirib.


"Bu barədə məlumat verənlərin hamısı həbs olunub. Mən həbs olunmamaq üçün məlumat vermədim. Sən də həbs olunmaq istəyirsənsə bu barədə danış”-M.Pezeşkiyan “İnsafnews”-un müxbirinin "2019-cu ilin noyabr etirazlarında neçə nəfər öldürülüb" sualına cavab verərkən deyib.

Millət vəkili bu hadisələrin baş verməsində özünü qismən günahkar sayıb: “Biz şərait və səlahiyyətlərimizdən asılı olaraq günahkarıq. Parlamentdə benzinin qiymətinin qaldırılmasına mən də səs vermişəm. O zaman benzinin qiymətini azad edib pulunu xalqa versəydik noyabr etirazları başlamazdı”.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayında yanacağın gözlənilməz bahalaşmasına etiraz olaraq başlayan aksiyalarda minlərlə insan həbs olunub. Çox sayda insan yaralanıb və yüzlərlə etirazçı güllələnib.
 
İran rəsmiləri öldürülənlərin sayının 300 nəfərə yaxın olduğunu etiraf ediblər. Ancaq beynəlxalq insan haqları təşkilatları bu rəqəmin 1500 civarında olduğunu deyirlər.

Etirazçılara qarşı qırğında ən çox adı hallanan o vaxt İran Təhlükəsizlik Şurasına başçılıq edən hazırki daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlidir.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Siyasi məhbus Əlirza Fərşi məzuniyyətə buraxılıb

2021-05-08

gun az article

Zənganlı gənc həbsxanada işgəncə ilə öldürülüb-​​​​​​​Hüseyn Kəbutərinin meyiti su bəndində tapılıb

2021-05-08

gun az article

Həmədanda məktəblilər etiraz aksiya keçirib-VİDEO

2021-05-08

gun az article

Qoşaçayda vəzifəli şəxs oruc tutmayan vətəndaşı öldürməyə cəhd edib-VİDEO

2021-05-08

gun az article

Mərənddə tarixi əşya qaçaqmalçıları ifşa edildi

2021-05-08

gun az article

Təbriz Universitetinin alimi hökumətin Urmu layihəsini sərt tənqid etdi

2021-05-08

gun az article

Güclü yağış Təbrizdə həyatı iflic etdi: Evlər, dükanlar su altına qaldı-VİDEO

2021-05-08

gun az article

Təbrizdə narazılıq: Divarlara etiraz şüarları yazıldı-FOTOLAR

2021-05-08

gun az article

GünazTV May.07.2021-Azadlıq səsi: Vətənpərvərlik, Azərbaycançılıq

2021-05-07

gun az article

GünazTV May.07.2021: Körpü: İran Şövonizminin Quzey Azərbaycan'da Təxribatçı Cəhdləri

2021-05-07

gun az article

Qərbi Azərbaycanda əməliyyat: Tarixi əşya qaçaqmalçıları ifşa edildi

2021-05-07

gun az article

Güneyli qadın avarçəkənlər bürünc medal qazanıb

2021-05-07

gun az article

Zəngan şəhərinin bələdiyyə işçiləri etiraz aksiyası keçirib

2021-05-07

gun az article

"Allah ona ağıl versin"-İran Güləş Federasiyasının başçısı azərbaycanlı atleti təhqir etdi-VİDEO

2021-05-07

gun az article

Amerikanın İran siyasəti dəyişir?: “Artıq dərk edirlər ki, İran təkcə fars deyil”-İstiqlalçı millət vəkili

2021-05-07

gun az article

Tikantəpədə həbslər olub- 2 milyardlıq cinayət

2021-05-07

gun az article

Zənganda yaşı 3 min il olan tarixi əşyalar tapıldı

2021-05-07

gun az article

Urmuda əməliyyat: Döyüş silahları ələ keçirildi

2021-05-07

gun az article

Təbriz-İzmir aviareysləri bərpa edildi

2021-05-07

gun az article

"Milli yola inamımız dəmir barmaqlıqları sındıracaq"-Ərdəbildə siyasi məhbuslarla görüş keçirilib

2021-05-07