SON XƏBƏRLƏR

Təbriz Şəhər Şurası və Bələdiyyə İdarəsinin korrupsiya dosyesi ilə bağlı hökm çıxarılıb, müttəhimlərə həbs, cərimə və şallaq cəzası verilib

2021.10.20, 07:36
Təbriz Şəhər Şurası və Bələdiyyə İdarəsinin korrupsiya dosyesi ilə bağlı hökm çıxarılıb, müttəhimlərə həbs, cərimə və şallaq cəzası verilib

Gunaz.tv

GünAz TV: İran Ədliyyə Nazirliyinin Şərqi Azərbaycan Şöbəsinin rəsmiləri 3 il əvvəl Təbriz Bələdiyyə İdarəsi və 4-cü Şəhər Şurasının üzvləri haqda təşkil olunan  korrupsiya dosyesinə baxıldığını bildirərək müttəhimlərin bir neçəsi haqda qəti hökm çıxarıldığını bəyan ediblər.

 

Ettelaat İdarəsinin raportu əsasında saxlanılan şübhəlilərin 46-na prokuror tərəfindən cəza tələb olunmuşdur. Bundan sonra Təbriz məhkəməsi Şəhər Şura üzvləri, Bələdiyyə işçiləri və podratçılardan ibarət 43 şübhəli barəsində cəza hökmü çıxardı. Dosye, müttəhinlər hökmə etiraz etdikdən sonra Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinə göndərildi. Artıq Apelyasiya Məhkəməsi 24 müttəhim haqda qəti qərar çıxarıb. Digər müttəhimlərin dosyesi hələ də açıqdır, araşdırma aparılır.

 

Apelyasiya Məhkəməsinin qəti qərar çıxardığı müttəhimlərdən 12-nin kimliyi açıqlanıb. Onların əksəriyyəti rüşvət almaqda, bir neçəsi isə rüşvət verməkdə günahlandırılıb.

 

Abbas Adeli Şohir, Davud Bəhra, Həbib Şiri Azər, Müslim Məqduri Şərbiyani, Məhbub Abdullapur, Mahmud Məhəmmədi, Rəhman Nursani, Mürüvvət Boləndi, Behruz Moləvi, Əli İmani, Davud Namdar və Əmir Əhməd Yusifi barəsində həbs, cərimə, şallaq və müvəqqəti olaraq hökumət işində çalışmaqdan məhrum edilmə kimi cəza hömü çıxarılıb. Müttəhimlərə 1 ildən 13 ilədək həbs cəzası verilib.

 

Sözügedən dosye ilə bağlı uzun illərdir ki, mətbuatda məlumat yayılır, artıq dosyenin tam olaraq yekunlaşacağı gözlənilir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar