SON XƏBƏRLƏR

Təbriz Şəhər Şurasının iclasında mübahisə yaranıb – VİDEO

2021.10.20, 07:36
Təbriz Şəhər Şurasının iclasında mübahisə yaranıb – VİDEO

Gunaz.tv

GünAz TV: Təbriz Şəhər Şurasının iclasında Bələdiyyə İdarəsinin işçilərindən biri maaşının gecikdiyinə etiraz etdiyi üçün mübahisə yaranıb.

 

Şəhər Şurasının üzvləri dekabrın 30-da iclas keçirdiyi zaman Bələdiyyə İdarəsinin işçilərindən biri salona daxil olub. O tədbir iştirakçıları, o cümlədən iclasda olan bələdiyyə başqanı İrəc Şəhin Baherin üstünə qışqıraraq maaşını tələb edib.

 

“Bu gün ayın 9-dur, biz hələ maaş almamışıq. Mənim evdə xəstəm var. Şura üzvləri işçiləri düşünməlidir. Əgər bələdiyyə başqanı düzgün fəaliyyət göstərə bilmir, o zaman istefa versin...!”- deyə o əsəbi vəziyyətdə bildirib.

Bundan sonra onu salondan çıxartmaq istəyiblər, bu, onun sərt müqaviməti ilə üzləşib.

 

Təbrizdə arzuolunmaz şəxs kimi qəbul olunan İrəc Şəhin Baher məmurunun etirazına cavab olaraq bildirib ki, onun maaşının 9 gün gecikməsinə qarşı etirazını gördünüz. Siz isə dəfələrlə bildiribsiniz ki, bugünkü ağır vəziyyətdə təkcə maaşları ödəmək böyük əhəmiyyət daşımır. İndi özünüz hər şeyə qiymət verin!

 

Güney Azərbaycanın bütün əyalətlərində fəhlədən tutmuş əksər hökumət işçilərinin maaş problemi var. Əmək haqlarının vaxtı-vaxtında ödənilməməsi vaxtaşırı kütləvi etirazlara səbəb olur.

 

https://www.youtube.com/watch?time_continue=19&v=8F_jlPd5qKo

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar