SON XƏBƏRLƏR

Təbriz şəhəri 1 saylı rayonunun bələdiyyə sədri həbs edilib

2021.10.20, 07:36
Təbriz şəhəri 1 saylı rayonunun bələdiyyə sədri həbs edilib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərinin 1 saylı rayonunun bələdiyyə sədri Rza Paknəhad məhkəmə qərarı ilə həbs edilib.

 

 

Bu barədə məlumat yayan yerli kütləvi informasiya vasitələri Paknəhadın həbsini daha öncə həbs edilən Təbriz şəhərinin keçmiş bələdiyyə başçısı Sadiq Nəcəfinin məhkəmə işi ilə əlaqəli olduğunu bildirib.

 

 

Paknəhad daha öncə Təbriz şəhərinin 8 saylı rayonunun bələdiyyə sədri vəzifəsində işləyib.

 

 

Bəzi yerli mənbələr bələdiyyə sədrinin “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanıldığını bildirib.

 

 

Qeyd edək ki, yanvar ayında Təbriz Şəhərinin keçmiş bələdiyyə başçısı Sadiq Nəcəfi korrupsiya və maliyyə pozuntularına yol verdiyini ittihamı üzrə həbs edilib.

 

 

Nəcəfi 20 il müddətinə Şərqi Azərbaycan Əyalətində ən yüksək vəzifələrin sahibi olub. Onun 11 il Ettelaat İdarəsinə rəhbərlik etdiyi bildirilir.

 


İranda dövlət əmlakını mənimsəmə, rüşvətxorluq və korrupsiya bütün rəsmi orqanları bürüyüb. Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatına görə, İran dünya üzrə ən korrupsiyalaşmış ölkələr sırasındadır.

 

  

Ü.F

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar