İran hökumətinin Təbriz Elektirik Stansiyasında təhlükəli dərəcədə hava çirklənməsinə səbəb olan mazotdan istifadəni davam etdirdiyi bir vaxtda Təbriz Tibb Elmləri Universitetinin Səhiyyə üzrə müavini bunun koronovirusun yayılması və ölüm hallarını artırmasına səbəb olduğunu açıqlayıb.
Gunaz.tv
Hava çirkliliyi insanların xəstəliklərə həssaslığında böyük rol oynayır və bu hal koronovirus ölümlərini artıra bilər.
Abbasəlıi Dürüsti “İsna” xəbər agentliyinə verdiyi açıqlamada havanın çirkliliyinin ürək-damar xəstəliklərinin şiddətlənməsində və insanların xəstəliklərə həssaslığında böyük rol oynadığını, koronovirus ölümlərini artırdığını deyib.
O, xəstəliyi olanların, həssas qrupa aid insanların, o cümlədən artıq çəkidən əziyyət çəkənlərin, hamilə xanımların, yaşlıların və uşaqların açıq havada qalmalarının təhlükəli olduğunu söyləyib.
Ötən həftə ekologiya məsələləri üzrə mütəxəssis Əhməd bayburdi Təbriz Elektirik Stansiyasında mazotdan istifadənin havanın çirklənməsinin əsas səbəbi olduğunu qeyd edərək İran hökumətinin Şərqi Azərbaycanda baş verən ekoloji problemin həllində maraqlı olmadığını bildirmişdi.
İran rəsmiləri bunu embarqolarla əlaqələndirirlər. Onlara görə, embarqolatr nəticəsində mazot ixracatı dayanıb, depolarda istehsal olunan mazotu saxlamaq üçün yer qalmayıb. Bu səbəbdən stansiyalar maye qaz istehlakı yerinə mazotdan istifadəyə üstünlük verirlər.
Bayburdu bu deyilənləri bəhanə adlandıraraq bildirib ki: “İşçi qrupu çərçivəsində problemi həll etmək üçün texniki istismar təklifləri təqdim etmişdik. Bunlardan ən önəmlisi Təbriz neft emalı zavodu tərəfindən istehsal olunan dizeldən malç əldə etmək təklifi idi.
Əhməd Bayburdiyə görə zəngin qaz ehtiyatlarına malik olan bir ölkənin belə bəhanələr gətirməsi məntiqsizdir.
Qeyd etmək lazimdir ki, son həftələr ərzində Təbriz və Urmu şəhərlərinin hava çirkliliyi təhlükəli səviyyədə artıb.
C.E