SON XƏBƏRLƏR

Təbriz Ticarət Palatasının rəisi: “Banklar sərmayəni Azərbaycandan çıxarır”

2021.10.20, 07:36
Təbriz Ticarət Palatasının rəisi: “Banklar sərmayəni Azərbaycandan çıxarır”

Gunaz.tv

GünAz TV: Təbriz Ticarət Palatasının rəisi İran banklarının Güney Azərbaycandan sərmayəni çıxartmasını tənqid edib.

 

“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, Yunis Jaelə bu barədə Təbrizdə Sənaye və Mədən Günü münasibəti ilə keçirilən tədbirdə danışıb.

 

“Şərqi Azərbaycanda iş və ticarət sahəsində vəziyyət heç də münasib deyil. Əyalətdə 257 istehsal müəssisəsinin fəaliyyətinin yaxşı nəticə vermədiyi məlum olub. Hesab eliyirəm ki, problemi aradan qaldırmaq üçün konkret addımlar atılmalıdır.”- deyə o bildirib.

 

Təbriz Ticarət Palatasının rəisi əyalətin maliyyə vəsaitlərinin İranın başqa əyalətlərində xərcləndiyini qeyd edib.

“Əyalətin sənayesinin əsas problemi likvidlik məsələsidir. Əgər əlavə likvidlik dəstəyi verilməsə, sənaye sahəsində ciddi durğunluğa şahid olacayıq.

Banklar əyalətdən cəlb etdiyi maliyyə vəsaitlərini elə həmin əyalətdə işlətməlidir. Lakin biz bunun tərsini görürük. Maliyyə vəsaitimiz digər əyalətlərdə xərclənir.

Şərqi Azərbaycanın maliyyə vəsaitinin 33 faizi özəl banklar, 67 faizi isə dövlət banklarının əlindədir. Dövlət bankları bu miqdar vəsaitdən yalnız 53 faiz kreditləri yerli istehsal müəssisələrinə ayırıb, bu vəziyyət qəbuledilməzdir.”- deyə Yunis Jaelə vurğulayıb.

 

Təbriz Ticarət Palatasının rəisi Şərqi Azərbaycan Əyalətinin Milli İnkişaf Fondundan istifadə etməkdə sonuncu əyalətlər sırasında olduğunu bildirərək əlavə edib ki, Milli İnişaf Fondu bütün ölkə üçündür, ona görə də  əyalətlərin istehsal müəssisələri onun imkanlarından bəhrələnməlidir.

 

“Şərqi Azərbaycan banklarında dövriyyədə olan kapitalın miqdarı artırılmasa, biz əyalətdə heç bir dəyişikliyə şahid ola bilməyəcəyik. Bizim əyalətimiz ölkə əhalisinin 4.7 faizini təşkil edir, lakin likvidlik payımız 2.6 faizdir. Bu o deməkdir ki, bizim əyalət yoxsullaşıb.”- deyə Yunis Jaelə vurğulayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar