SON XƏBƏRLƏR

TƏBRIZ UNIVERSITETININ 3 TƏLƏBƏSI ETTELAAT TƏRƏFINDƏN HƏBS EDILDI

2021.10.20, 07:36
TƏBRIZ UNIVERSITETININ 3 TƏLƏBƏSI ETTELAAT TƏRƏFINDƏN HƏBS EDILDI

Gunaz.tv
TƏBRIZ UNIVERSITETININ 3 TƏLƏBƏSI ETTELAAT TƏRƏFINDƏN HƏBS EDILDI DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən dünən 17 iyul 2008-ci il tarixində günorta saatlarında Təbriz Universitetinin 3 tələbəsi Səccad Radmehr, Aydın Xaceyi, Fəraz Zehtab ETTELAAT tərəfindən həbs edilib. Həbs olunan tələbələrin dərhal evlərinə ETTELAAT məmurları hücum edərək evləri təftiş ediblər. Evə daxil olmağa qarşı çıxan ailə üzvləri təzyiq və təhqirlərə məruz qalıblar, lakin evləri axtarış zamanı ETTELAAT məmurlarını maraqlandıran heç bir şey əldə edə bilməyiblər. Xatrıladaq ki, həbs edilən tələbələrlə yanaşı onlarla əlaqədə olan milli hərəkat fəalı mühəndis Daryuş Hatəmi də yoxa çıxıbdır. Qeyd edək ki, həbs olunan soydaşlarımız milli haqlarını tələb etdiyinə görə universitet təhlükəsizlik komitəsi tərəfindən təhsildən məhrum ediliblər. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar