SON XƏBƏRLƏR

Təbriz Universitetinin “Azərbaycan Tanıtım Ocağı” Dərnəyi ali təhsil müəssisəsinin məsullarının qanunsuz hərəkəti ilə bağlı bəyanat yayıb

2021.10.20, 07:36
Təbriz Universitetinin “Azərbaycan Tanıtım Ocağı” Dərnəyi ali təhsil müəssisəsinin məsullarının qanunsuz hərəkəti ilə bağlı bəyanat yayıb

Gunaz.tv

GünAz TV: Fevralın 10-da Təbriz Universitetində türkcə qısa hikayə müsabiqəsinin qaliblərinin elan olunması mərasiminin ləğv edilməsi, mərasimi təşkilat edən dərnəyin etirazına səbəb olub.

 

Bu barədə “Azərbaycan Tanıtım Ocağı” bəyanat yayaraq hadisənin təfərrüatı barədə məlumat verib.

 

“Münsiflər heyətinin mərasimdə iştirak edəcəyinə razılıq verilmişdir. Lakin proqramın başlanmasına yarım saat qalmış məsullar bildirdi ki, onlara zəng edilərək münsiflər heyətinin 3 üzvündən ikisinin proqrama qatılmaq hüququ yoxdur. Bundan sonra onların Təbriz universitetinə daxil olmasına icazə verilmədi. Proqram başladıqdan yarım saat sonra isə universitet məsulları bildirdilər ki, münsiflər heyətinin üzvlərinin universitetə buraxılmasında heç bir problem yoxdur. Təbii ki, bir saat ərzində kiminsə səlahiyyətinin rədd və ya təsdiq edilməsi xüsusi diqqət çəkir. Bu göstərdi ki, bəzi məsulların vəzifələrini yerinə yetirməkdə heç bir ixtiyarı yoxdur.

Bundan sonra “Azərbaycan Tanıtım Ocağı” tərəfindən baş verən hadisənin səbəbi soruşuldu. Lakin məsullardan heç biri bu hadisənin məsuliyyətini üzərinə götürmədi.

Buna etiraz olaraq öyrəncilər israrla universitetin rəisi ilə görüşmək tələb etdi və görüş təşkil olundu. İclasda “Azərbaycan Tanıtım Ocağı”nın onlarla üzvü və universitet məsulları, o cümlədən ali təhsil müəssisəsinin rəisi iştirak etmişdir. Qurumun nümayəndələri univversitet məsullarından baş verən hadisənin məsuliyyətini üzərinə götürməsini və yazılı şəkildə üzr istəməsini tələb etdilər. Lakin məsullar müxtəlif bəhanələrlə bu tələbi təmin etmədi.

Bundan əlavə, dərnəyin nümayəndələri özbaşınalığa yol verərək bu hadisəyə səbəb olanlara qarşı tədbir alınmasını tələb etdilər. Universitet rəhbərliyi tələblə razılaşaraq fevralın 12-də bu barədə iclas keçiriləcəyini və məsələnin araşdırılacağını bildirdi. Araşdırmanın nəticəsi fevralın 16-da keçiriləcək iclasda dərnəyin üzvlərinə elan olunacaq.”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

 

“Azərbaycan Tanıtım Ocağı” məsələyə şəffaflıq gətirilənək səylərini davam etdirəcəyini qeyd edib və vurğulayıb ki, dərnək aşağıdakı üç tələbdən heç bir şəkildə əl çəkməyəcək:

1-Proqramın ləğv edilməsinin məsuliyyətini universitet rəhbərliyi üzərinə götürməlidir. Bu barədə ali təhsil müəssisəsinin rəhbərliyi yazılı və rəsmi şəkildə üzr istəməlidir.

2-Münsiflər heyətinin üzvlərindən ayrıca rəsmi şəkildə üzr istənilməlidir.

3-Baş verən hadisənin səbəbləri məlum olmalı və özbaşınalığa yol verən məsullara qarşı lazımi tədbirlər alınmalıdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar