SON XƏBƏRLƏR

Təbriz Universitetinin öyrənciləri geniş etiraz aksiyası keçirib – VİDEO

2021.10.20, 07:36
Təbriz Universitetinin öyrənciləri geniş etiraz aksiyası keçirib – VİDEO

Gunaz.tv

GünAz TV: Təbriz Universitetinin öyrənciləri təhsil müəssisəsinin tətbiq etdiyi qanunlar və xidmətlərin zəif olmasına etiraz olaraq geniş etiraz aksiyası keçiriblər.

 

Aksiya bazar günü universitetin mərkəzi binasının qarşısında baş tutub.

 

Əllərində plakat tutan öyrəncilər “Bura hərbi hissə deyil”, “Biz ödənişli universitet istəmirik”, “tısbağa sürətli internet istəmirik”, “ Bizə qabliyyətsiz məsullar lazım deyil”, “Bu qədər laqeydlik, yetər artıq” və s. kimi şüarlar səsləndiriblər.

 

Bir sıra öyrəncilər isə yeməklərin keyfiyyətsiz olmasına etiraz olaraq yemək qablarını yerə düzüblər.

 

Öyrəncilərin sözlərinə görə, universitetin qəbul etdiyi qanuna əsasən öyrəncilər yalnız universitet müəllimlərinin içindən fərdi və köməkçi müəllim seçə bilər. Bu qanun təhsil müəssisəsini universitetdən daha çox hərbi hissəyə oxşadır.

 

Öyrəncilər keçirdikləri etiraz aksiyasında bir çox məsələyə kəskin etiraz bildiriblər.

 

https://www.youtube.com/watch?time_continue=16&v=z8aVUGBPUeQ

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar