SON XƏBƏRLƏR

Təbriz Universitetinin rəisi ali təhsil müəssisəsində türk dili və ədəbiyyatının tədrisindən danışıb

2021.10.20, 07:36
Təbriz Universitetinin rəisi ali təhsil müəssisəsində türk dili və ədəbiyyatının tədrisindən danışıb

Gunaz.tv

GünAz TV: Təbriz Universitetinin rəisi Rza Məcidi təmsil etdiyi ali təhsil müəssisəsində türk dili və ədəbiyyatının tədris olunması və bu dərslikləri seçən öyrəncilərdən danışıb.

 

Universitetdə 204-ü xarici olmaqla toplam olaraq 23 min öyrəncinin təhsil aldığını bildirən Rza Məcidi türk dili və ədəbiyyatı fənni dərsliklərini seçən öyrəncilərin sayını da açıqlayıb.

 

“Bu, Azərbaycan əhalisinin ictimai tələbi idi. Əslində inqilabdan sonra həyata keçirilməsi gözlənilirdi, lakin 3 il əvvəl prezidentin stratejik məsələlərə baxan ofisi bu məsələyə razılıq verib. Artıq Təbriz universitetində türk dili və ədəbiyyatı tədris olunur və 90 öyrənci bu fənni seçib”- deyə o bildirib.

 

Universitet rəisi türk dili və ədəbiyyatı fənni dərsliklərini seçən öyrəncilərin neçəsinin qız və ya oğlan olması barədə məlumat verməyib.

 

Güney Azərbaycanın bir neçə universitetində öyrəncilərin uzun illər mübarizəsindən sonra türk dili və ədəbiyyatı fənni iki dərslik şəkilində tədris olunur. Bu dərsliklər məcburi deyil, könüllü olaraq seçən öyrəncilərə tədris olunur.

 

Belə dərsliklər əslində Azərbaycan əhalisini heş bir şəkildə qane etmir. Buna baxmayaraq hətta bu dərsliklərin tədris olunmasına da maneçilik yaradılır. Ötən ay Binab (Bin ev) Universiteti öyrəncilərinin ardıcıl tələbindən sonra tədrisinə başlanılan sözügedən dərsliklər ali təhsilin məsulları tərəfindən ləğv olundu, lakin öyrəncilərin dirənişi nəticəsində yenidən bərpa edildi. Türk öyrəncilər vaxtaşırı sözügedən dərsliklərin təmiz türk dilində deyil, İran rejiminin planlarına uyğun hazırlandığına etiraz edirlər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar