SON XƏBƏRLƏR

Təbriz Universitetinin təsis edildiyi tarix təhrif edilir – Səbəb?

2021.10.20, 07:36
Təbriz Universitetinin təsis edildiyi tarix təhrif edilir – Səbəb?

Gunaz.tv

GünAz TV: İyunun 12-i Təbriz Universitetinin təsis edilməsinin 72-ci ildönümü olduğu halda, universitetin məsulları avqust ayının axırında 70-ci ildönümü mərasimi keçirməyə hazırlaşır.

 

Universitet konkret olaraq avqustun 29-da Təbriz Universitetinin 70-ci ildönümü mərasiminin keçiriləcəyini elan edib.

 

İran rejimi bununla çalışır ki, universitetin Azərbaycan Milli Hökuməti tərəfindən deyil, Pəhləvi dövründə təsis edildiyini sübut etsin.

 

Tarixi sənədlərə görə, Azərbaycan Milli Hökumətinin parlamenti 1945-ci il dekabrın 30-da 4 maddəlik bir qanun layihəsini təsdiq edərək Təbriz Univcersitetinin (Azərbaycan Universiteti) təsis edilməsi haqda qərar qəbul edib. Universitet 1946-ci il iyunun 12-də hökumət başçısı Seyid Cəfər Pişəvəri tərəfindən rəsmən açılıb. Həmin il Təbriz Universitetinin tibb fakültəsinə 60, pedaqoji fakültəsinə 120 və kənd təsərrüfatı fakültəsinə 60 öyrənci qəbul olunub. Hətta Seyid Cəfər Pişəvərinin Azərbaycan gömrüklərindən əldə olunan gəlirin 25 faizini bu universitetə ayırdığı da bildirilir.

 

Təbriz Universiteti Pəhləvi ordusu Azərbaycana daxil olub əhalini qətliam etdikdən sonra hərbçilərin hücumuna məruz qalıb və onun bir hissəsi dağılıb. Bundan sonra türk dilinə düşmən olan Pəhləvi rejimi universiteti bir neçə il bağlayıb.

Milli Hökumət dövründə universitetin rəisi Nüsrətulla Cahanşahlu olub.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar