Təbriz, Urmiya və Güney Azərbaycanın digər bölgələrində un və çörək qıtlığı yaranıb

2020-10-09 13:52

Bu günlərdə Güney Azərbaycanda bahalıqdan başqa, əksər çörək bişirmə sexləri ya bağlanıb, ya da satışlarını azaldıb.

Gunaz.tv Quote | Gunaz article

Çörək bişirmə sexlərindən (nanvayi) bunun səbəbi soruşulduqda bildirirlər ki, un çatışmır və un sahəsində tətbiq edilmiş kvotaların (səhmiyyəbəndi) həcmi azaldılıb. 


Çörək çatışmazlığı demək olar ki, Güney Azərbaycanın bütün şəhər və rayonlarında mövcuddur. İş adamlarının sözlərinə görə, İran rejimi hər zaman çörək və digər un məhsullarının qiymətlərini artırmaq istəyəndə bu cür hiylələrə əl atır və suni olaraq qıtlıq yaradır. 


Amerika Birləşmiş Ştatlarının sanksiyalarının tibb və qida sektorlarını əhatə etməməsinə baxmayaraq, İran rejimi embarqolar səbəbindən ölkədə buğda qıtlığı yarandığını iddia edir. Halbuki sanksiyalar buna əngəl törətmir və İran istədiyi qədər xarici ölkələrdən qida məhsulları idxal edə bilər. 


Milli- mədəni fəalların dediklərinə əsasən, görünür ki, İran rejimi bu yolla güney azərbaycanlıların fikrini Qarabağ məsələsindən yayındırmağa, bununla da Güney Azərbaycan xalqının hər gün daha da güclənən milli təfəkkürünü yatırmağa çalışır. 


Bəziləri isə bildirilər ki, İran rejimi hazırda təcavüzkar Ermənistana qida və un məhsulları, habelə buğda göndərir. Bunu da Güney Azərbaycan şəhərlərində çörək kvotasını azaltmaqla həyata keçirir. 


Burada sual yaranır ki, əksəriyyəti farslardan ibarət olan İsfahan və Tehran kimi şəhərlərdə nəyə görə un və çörək qıtlığı yoxdur?


Ötən günlər ərzində Güney Azərbaycanın əksər şəhərlərində çörək satılan mağazaların qarşısında uzun növbələr qeydə alınıb. Təbriz və Urmu (Urmiya) kimi böyük şəhərlərdən savayı, Binab, Sulduz, Sayıq Qala, Xoy və digər bölgələrdən də ya çörəyin olmadığı, ya da çox məhdud sayda satıldığına dair xəbərlər yayılır.


İrana bağlı iqtisadi xəbərlər yayan agentliklər də ötən aya nisbətən düyü, undan hazırlanmış şirniyyatlar və əriştənin ən çox qiyməti qalxan məhsullar olduğunu bildirirlər. 


Məlumatlara görə, oktyabr ayının 6-da əksər çörək sexlərinin işləməməsi səbəbindən Urmuda çörək almaq istəyən insanların böyük növbələri yaranıb. Lakin Urmu rəsmiləri faktı inkar etməyə, "mühüm problemin olmadığını" və çörəyin asanlıqla tapıldığını iddia etməyə çalışırlar. 


Təbrizdən gələn xəbərlərdə bu şəhərdə də çörəyin çətin tapıldığı və qiymətinin bahalaşdığı qeyd edilir. 


Ə.A


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Son etirazlarda tutulan 66 fəalın adı məlum olub

2020-10-22

gun az article

Milli fəal Əli Əzizinin məhkəmə iclası keçirilib

2020-10-22

gun az article

Xanım Həkimə Əhmədi mülki vəsiqə qərarına rəğmən, məhkəmədən Təbriz zindanına aparılıb

2020-10-22

gun az article

Bir qrup milli fəal müvəqqəti azadlığa buraxılan Səccad Colani ilə görüşüb

2020-10-22

gun az article

Milli fəallar Təbriz həbsxanasında aclıq aksiyasına başlayıblar

2020-10-22

gun az article

İranın Ermənistana dəstəyinə qarşı keçirilmiş etirazlarda tutulan xanımlardan bəzilərinin adları məlum olub

2020-10-22

gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20